DÜNYA
67 YAŞLI VYETNAMLI GİNNESİN REKORDLAR KİTABINA DÜŞMƏK İSTƏYİR
67 yaşlı Tran Van Xayın saçları 30 ilə 6 metr uzanmışdır. O, əl-ayağına dolaşmaması üçün saçlarını hörükləyib bədəninə dolayır.
Son yeddi ildə sacları 1,2 metr uzanmış Xay, axırıncı dəfə onları 6 il bundan əvvəl yumuşdur. Adətən, insanın saçları 60-90 santimetrə çatdıqdan sonra daha uzanmır. Ginnesin rekordlar kitabına isə hər hansı bir anormallıq üzündən saçları ömrü boyu fasiləsiz uzanan şəxslər düşə bilərlər.
Hazırda rekordun sahibi Tailand sakini, azsaylı xmonq xalqının nümayəndəsi, saçının uzunluğu 1997-ci ildə 5,79 metr olmuş Xu Sateodur. O, 2001-ci ildə beyninə qan sızmasından ölmüşdür. Tayfadaşları hesab edirlər ki, Xu xarici turistlərin onun evinə gəlib, açıb tökdüyü saçlarının fotoşəklinin və videokameraya çəkilməsinə icazə verməklə özünü bəlaya salıbmış. Məsələ burasındadır ki, şəxsi həyatının kənar adamlara nümayiş etdirilməsi xmonq tayfasının adətlərinə ziddir.