67 YAŞLI YAPONİYALI QADIN PAMİRİN ƏN YÜKSƏK ZİRVƏSİNİ FƏTH ETMƏK NİYYƏTİNDƏDİR
AzerTAg.az
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, 67 yaşlı yaponiyalı qadın Pamirin ən yüksək zirvəsini fəth etmək niyyətindədir.
Yusika Nakaqaki Çexiya və Yaponiyadan olan 20 alpinistlə birlikdə Tacikistana gəlmişdir. Alpinistlər buradakı “Alp–Novruz” düşərgəsindən Pamir dağlarının zirvələrinə qalxmağa və 7495 metr hündürlüyündə ən yüksək İsmayıl Samani zirvəsini (keçmiş Kommunizm piki), habelə 7105 metrlik Yevgeniya Korjenevskaya zirvəsini fəth etməyə hazırlaşırlar.
Yusika Nakaqaki Tacikistana artıq ikinci dəfədir gəlir. O, keçən il 4200 metr hündürlüyündə zirvəyə qalxmışdır.
İyulun 16-da Pamirin ən yüksək zirvələrini fəth etmək üçün Tayvan və İspaniyadan da alpinistlər qrupu gələcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var