MƏDƏNİYYƏT


78-ci Venesiya Beynəlxalq Film Festivalı davam edir

Bakı, 4 sentyabr, AZƏRTAC

78-ci Venesiya Beynəlxalq Film Festivalı davam edir. Festival ispan rejissor Pedro Almodovarın “Paralel analar” filmi ilə açılıb. Penelopa Kruzun iştirakı ilə çəkilən ekran işi əsas müsabiqə proqramında yer alıb.

AZƏRTAC xəbər verir ki, ümumilikdə festivalın baş mükafatı – “Qızıl şir” uğrunda 21 film yarışır.

Açılış mərasimində italiyalı rejissor və aktyor Roberto Benini dünya kinematoqrafiyasına verdiyi töhfəyə görə “Müqəddəs Markın qızıl şiri” mükafatı ilə təltif olunub. Amerikalı aktrisa Ceymi Li Kertis də fəxri “Qızıl şir”ə layiq görülüb.

Sentyabrın 11-dək davam edəcək festivalın münsiflər heyətinə Cənubi Koreya rejissoru Pon Çjun Ho rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.