İDMAN


Dünya çempionatının üçüncü günündə Azərbaycan güləşçiləri iki medal qazanıblar

Bakı, 10 sentyabr (AZƏRTAC). Özbəkistanın paytaxtı Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər yarışıblar.

Mundialda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik mübarizəyə onaltıdabir finaldan başlayıb.

Böyük Britaniyadan Yana Rattiqanı, Çin təmsilçisi Çun Leini və Argentina idmançısı Patrisia Bermudezi tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Bu mərhələdə Polşa güləşçisi İvonna Matkovska ilə gərgin keçən qarşılaşmada uduzan Mariya Stadnik bürünc medal uğrunda görüşdə Rumıniyadan Emilia Vuç üzərində 49 saniyə ərzində tam üstünlüklə qələbə qazanıb və dünya çempionatını üçüncü pillədə tamamlayıb.

Olimpiadanın bürünc mükafatçısı Yuliya Ratkeviç (60 kq) finaladək maneəsiz irəliləyib. O, ardıcıl olaraq İsveç güləşçisi Malin Yohanna Mattssonu, Kanada təmsilçisi Kristina Fazzarini, yarımfinalda isə Bolqarıstan idmançısı Taybe Yusseini mübarizədən kənarlaşdırıb. Final görüşündə Yuliya Ratkeviç Monqolustan güləşçisi Tserençimend Suxe ilə qarşılaşıb və rəqibinə məğlub olan Yuliya Ratkeviç dünya çempionatının gümüş medalı ilə kifayətlənib.

Xatırladaq ki, çempionatın ilk iki günündə sərbəst güləşçilər mübarizə aparıblar. Sərbəst güləşçilərimiz çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar. Komanda hesabında yığmamız 4-cü pillədə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.