Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qaxın təbiət gözəllikləri Sabunçu və Suraxanı məktəblilərini valeh edib VİDEO

Qax, 11 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Şəki-Qax-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Sabunçu və Suraxanı məktəbliləri üçün səfərin ikinci günü də olduqca maraqlı və yaddaqalan keçib.

AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Şəkinin Kiş kəndindəki qədim alban məbədini ziyarət ediblər. Məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir.

Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları sonra Qax rayonuna gəliblər. Sabunçu və Suraxanı məktəblilərini Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət və turizm şöbələrinin rəhbər işçiləri səmimiyyətlə qarşılayıblar. Tur-aksiya iştirakçılarına Qax rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Sonra qonaqlar mərkəzlə yaxından tanış olublar.

Bildirilib ki, 2013-cü ilin avqustunda Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə istifadəyə verilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Milli memarlıq ənənələri saxlanılmaqla ən müasir üslubda tikilən mərkəzin foyesində Ulu Öndərin möhtəşəm heykəli qoyulub. Ümumi sahəsi 670 kvadratmetr olan əsas zalın yan divarları səkkizguşəli ornament şüşələrlə örtülüb. Xüsusi ekranlar və tablolarda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fraqmentlər işıqlandırılır.

Zalda quraşdırılan Qax rayonunun elektron xəritəsi, eləcə də Ulu Öndərin xarici ölkələrə səfərlərini əks etdirən elektron lövhələr məktəblilərin böyük marağına səbəb olub. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin arxitekturasına, ekspozisiya zalının qeyri-adi gözəlliyinə heyranlıqlarını gizlətməyiblər.

Məktəblilər mərkəzin önündə xatirə şəkilləri çəkdiriblər.

Sonra tur-aksiya iştirakçıları Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra “İçəribazar” kompleksi müasir və füsunkar görkəm alıb. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri nümayiş etdirir.

Buradakı açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik teatr, sənətkarlıq emalatxanaları məktəblilərin böyük marağına səbəb olub.

Tur-aksiya iştirakçıları sonra rayon tarix-diyarşünaslıq muzeyində olublar. Məlumat verilib ki, 1981-ci ildən fəaliyyət göstərən bu muzeydə hazırda rayonun tarixi keçmişindən soraq verən 11 mindən artıq muzey əşyası saxlanılır.

Məktəblilər daha sonra geniş turizm potensialına malik İlisu kəndinin tarixi məkanları ilə tanış olublar.

İnşa tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq məktəblilərin ürəyincə olub. Məlumat verilib ki, sümük kimi möhkəm olduğu üçün bu qüllə məhz belə adlanır. Qalanın inşa tarixi İlisu sultanlığının inkişaf etdiyi, çiçəkləndiyi bir dövrə təsadüf edir.

Qax rayonuna səfərləri çərçivəsində tur-aksiya iştirakçıları, həmçinin İlisu kəndindəki Ulu Məscid, Qala bürcü, Ulu körpü və digər tarixi abidələrə də baş çəkib, rayonun görməli yerlərini ziyarət ediblər.

Əsrarəngiz təbiəti olan Qax rayonunun tarixi məkanları ilə tanışlıq tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb.

Səfər proqramına uyğun olaraq Sabunçu və Suraxanı məktəbliləri Zaqatala rayonunun tarixi yerlərinə də ekskursiya edəcəklər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gənc ifaçı: Uşaqlıqdan diqqətimi cəlb edən kamança artıq həyatımın bir hissəsidir

Çində 2025-ci ilin yanvarından pensiya yaşı həddinin qaldırılıması planı təsdiq olunub

İqtisadiyyat İnstitutunda Çinin elmi mərkəzləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

“Boeing” zavodunun işçiləri son 16 ildə ilk dəfə tətil edib

Ekspert: Enerji keçidi uzunmüddətli dayanıqlı inkişafın təminatıdır

Formula 1 könüllüsü: Ümid edirəm ki, yerli əhali və qonaqlar Bakıdakı yarışın təşkilatçılığından razı qalacaqlar

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 137 illiyi qeyd edilib

Sentyabrın 8-də keçirilən buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri açıqlanıb

Madriddə İsrail-Fələstin qarşıdurmasının həlli yolları müzakirə olunur

Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur

İngiltərədə bir həftədə 2 mindən çox məhbus erkən azadlığa buraxılıb

Bakıda Formula 2 yarışının sıralama turu başlayıb

Direktor: Sentyabrın 16-da Şuşanın müasir infrastruktura malik məktəbində 100-dən çox şagirdin təhsilə başlayacağı gözlənilir

Polimer Materialları İnstitutunda COP29-a həsr olunan tədbir keçirilib

“Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində VİDEO

Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib  YENİLƏNİB

Finlandiya Ukraynaya 25-ci hərbi yardım paketini təqdim edəcək

Professor: Ortaq əlifba türk xalqlarının anlama mədəniyyətini formalaşdırdı

DİN rəsmisi: Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib

Formula 1: Ferstappen Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşündə birinci olub

Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib  YENİLƏNİB

Cari ilin 8 ayında Azərbaycanda yaşıl enerji istehsalı artıb

Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına dair Sazişi ratifikasiya edib

Bakıda Ümumdünya Cuuri Dili Həftəsi çərçivəsində tədbir keçiriləcək

Bakı metrosunda qatarların hərəkəti payız-qış mövsümünə keçirilir

Professor Yusif Seyidov haqqında məqalələr toplusu nəşr olunub

Formula 1: Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə növbəti qəza baş verib

Ermənilərin Qərbi azərbaycanlı ailəyə yaşatdığı iztirablar - “Deyiblər ki, anbardakı azərbaycanlıları yandıracaqlar”

Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur VİDEO

Almaniya ciddi böhranla üz-üzədir, ölkə sənayesizləşmə təhlükəsi ilə qarşılaşır

Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib

“AzerGold”un icra etdiyi “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla yekunlaşıb

Şuşa şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına DİM-in nəşrləri təqdim edilib

Qazaxıstanlı publisist: Ermənistanın silahlandırılması revanşizmi qızışdırır

Yüksək dağlıq ərazilərdə yağışın qara keçəcəyi ehtimalı var

Güzgülərə baxıb bəzənmir, güzgüləri bəzəyir – Qədim əşyalara “ikinci həyat” da verir REPORTAJ

Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşü başlayıb

Agentlik: Bağçaların həftəlik iş rejimi və gündəlik iş saatı müəssisənin nizamnaməsi ilə tənzimlənir

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib VİDEO

TKTA vətəndaşlara xaricdə “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib

Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın kənd təsərrüfatı naziri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalında yeni cihazlar pasiyentlərin istifadəsinə verilib

Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq

Misir Nefertitinin büstünü Almaniyadan geri qaytarmaq əzmindədir

Sinxua agentliyi: Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir

Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək

Antiterror tədbirləri - tariximizin qürur səhifəsi

Paytaxtın Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub

GDU-da 600-dən çox bal toplayan tələbələrə əlavə təqaüd veriləcək

Almanların üçdə ikisi Olaf Şoltsun yenidən kansler postuna namizədliyinə qarşıdır

Suraxanı rayonunda şəhidlərin və qazilərin məktəbli övladları ilə görüşlər keçirilib

Rus Dram Teatrının sentyabrın 16-dan 30-dək repertuarı

USAID-in Ermənistana yardım paketini artırması Bakının mövqeyini azaltmaq niyyəti daşıyır ŞƏRH

SHXÇDX-nin rəisi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

“Baku Steel Art 2024” sərgisində 7 ölkədən rəssamlar iştirak edəcək

Polşalı jurnalist: Azərbaycan Qran-Prisini işıqlandırmaq üçün ideal şərait yaradılıb

Vyetnamda qasırğa qurbanlarının sayı 233 nəfərə çatıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda yenilənmiş uçuş-enmə zolağı istifadəyə verilib

Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir VİDEO

® Su ehtiyatlarının idarəedilməsində Niderland təcrübəsi

Direktor müavinləri üçün təlimlər keçirilir

Londonda Benksinin əsərini oğurlayan iki nəfər məhkəmə qarşısına çıxarılıb

DİM Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə kitablar hədiyyə edib

“Digital Azerbaijan Talent School” təlim düşərgəsinin bağlanış mərasimi keçirilib

Aqrar Xidmətlər Agentliyinin sədri: İqlim dəyişikliyi və davamlı inkişaf keyfiyyətli toxum istehsalının əhəmiyyətini daha da artırmaqdadır

Şərqi Zəngəzurda fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqi aparılır

ICESCO süni intellekt üzrə İslam dünyasının Etika Xartiyasını təqdim edib

Rusiya altı britaniyalı diplomatın akkreditasiyasını ləğv edib

Oğuzda narkokuryerlik edən şəxslər saxlanılıblar

BANM-də 18 ölkənin gənc liderlərinin iştirakı ilə panel müzakirələri aparılıb

Beynəlxalq yay məktəbinin iştirakçıları Aqrar Universitetdə olublar

“İqtisadi artım” İşçi qrupunun növbəti iclası keçirilib

ABŞ və Britaniya Kiyevə Rusiyanın dərinliyinə zərbə endirmək icazəsi verməyəcək

Bakıda Formula 2 üzrə sərbəst yürüşün qalibi bəlli olub

III “Yüksəliş” müsabiqəsinin qalibi ilə gələcək planlar barədə fikir mübadiləsi aparılıb

SOCAR-ın yaranmasından 32 il ötür

Avstriyada irqçilik, islamofobiya və antisemitizm zəminində cinayətlərin sayı artır

Ukrayna Qərb tanklarını döyüş meydanında istifadə etməkdən çəkinir

Badri Naçkebia: Yaratdığı gərginliyə görə regionda heç bir dövlət ABŞ-la sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq

FHN: Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib

Mehmet Emin Bay: Köçəri Oyunları türk xalqlarını yaxınlaşdırır

Həftəsonu Bakı metrosunun iş rejimi iki saat uzadılacaq

Mütəxəssis: Məktəblilərin qidası zehni və fiziki aktivliyi təmin edəcək maddələrdən ibarət olmalıdır

“İstisu” mineral su zavodunun idarəetmə sistemləri sertifikatlaşdırılıb

Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüş start götürüb

Şəhid anası “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

Nigeriyada daşqınlar nəticəsində azı 37 nəfər ölüb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları bu gün növbəti görüşlərini keçirəcək

Şəhid mayor Elxan Nəcəfinin ailəsi ziyarət edilib

BDU-105: Azərbaycanda riyaziyyat, mexanika üzrə elmi məktəblərin yaranmasında önəmli rol oynayan fakültə

Faktiki hava: Şahdağın yüksək dağlıq ərazilərinə qar yağıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb

Metyu Brayza: ABŞ istəyir ki, strateji əhəmiyyətli regionlar, o cümlədən Cənubi Qafqaz daha çox onunla əməkdaşlıq etsin ŞƏRH

Dünya birjalarında neft bahalaşıb

Azərbaycan Premyer Liqası: VI tura 1 oyunla start veriləcək

UNESCO: Sudanda münaqişə tərəfləri mədəni irs abidələrini talan edir

Professor: Qarabağ və Şərqi Zəngəzurun dərman bitkiləri əsasında beynəlxalq səviyyəli tədqiqatlar aparırıq

Formula 1 Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik indeksindəki göstəricisi yaxşılaşıb