CƏMİYYƏT
Tur-aksiya tariximizin, mədəniyyət abidələrimizin öyrənilməsi baxımından əvəzsizdir
Bakı, 12 noyabr, Şahyəddin Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyanın təəssüratları biz məktəblilərin yaddaşından heç vaxt silinməyəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində aksiya iştirakçısı, Sabunçu rayon 311 nömrəli tam orta məktəbin XI sinif şagirdi Eşqin Cəfərov deyib.
Tur-aksiyanın məktəblilərin qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından əvəzsiz olduğunu deyən E.Cəfərov vurğulayıb ki, bu aksiya ölkəmizin gəzməli və görməli yerləri, müasir abadlıq və quruculuq işləri ilə də yaxından tanışlıq baxımından əhəmiyyətlidir. Bütün bunlar bir daha müstəqil dövlətimizin yetişməkdə olan gənc nəslə qayğı və diqqətinin göstəriciləridir.