DÜNYA


Tokioda hidrogen satan ilk yanacaqdoldurma məntəqəsi açılıb

Tokio, 19 dekabr, AZƏRTAC

Dekabrın 18-də Tokioda yanacaq elementləri ilə işləyən avtomobillər üçün ilk hidrogen satan yanacaqdoldurma məntəqəsi açılıb.

Bu məntəqədə növbəti nəsil ekoloji təmiz nəqliyyat vasitələrinə aid olan avtomobillər üçün hidrogen yanacağı satılacaq.

Yaponiyada cari həftədə yanacaq elementləri ilə işləyən avtomobillərin satışına başlanıb. “Tokyo Gas” şirkətinin yaydığı məlumata görə, hidrogenin satış qiyməti yeni nəsil avtomobillərin alınmasına başlananadək təyin ediləcək. Şirkətdən bildiriblər ki, onlar hidrogenin qiymətinin adi benzinin qiymətinə bərabər olacağına ümid edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri