REGİONLAR


82 yaşlı veteran: Həmin görüş mənim üçün unudulmaz xatirəyə dönüb

Ağsu, 12 dekabr, AZƏRTAC

1981-ci ilin iyul ayının əvvəlləri idi. O vaxt mən Ağsu rayon süd emalı zavodunun direktoru vəzifəsində çalışırdım. Rayon süd istehsalında ikinci rübün yekunlarına görə Azərbaycan KP MK-nın və nazirlər kabinetinin keçici qırmızı bayrağına layiq görülmüşdür. Bayrağın təqdimatı günü məlumat verildi ki, Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev Ağsuya səfər edəcək.

Bu məlumatı AZƏRTAC-ın bölgə müxbirinə dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Ağsuda keçirilən anım mərasimində Müharibə, əmək və silahlı qüvvələr veteranları ictimai birliyinin Ağsu rayon təşkilatının sədri 82 yaşlı Camaləddin Zeynalov söyləyib. Ulu Öndərin 1981-ci il iyulun 11-də Ağsuya səfəri zamanı fəallarla görüşünü xatırlayan veteran deyib: “Bu səfərə çox ciddi hazırlıq işləri görüldü. İndiki möhtəşəm mədəniyyət sarayında əvvəlcə mərkəzi komitənin birinci katibi Heydər Əliyevlə rayon fəallarının görüşü təşkil edildi. Görüşdə iştirak edənlər arasında mən də var idim. Hər birimizlə ayrıca tanış oldu, çətinliyimizi, problemimizi, istəyimizi soruşdu. İlk baxışdan hədsiz zəhmli görünürdü. Lakin səmimiyyəti ilə çox gözəl ünsiyyətimiz yarandı. Verdiyi tapşırıqlar və tövsiyələr hər birimiz üçün gözəl fəaliyyət proqramı idi. Artıq o vaxtdan uzun illər keçir. Lakin bu görüş mənim üçün unudulmaz bir xatirəyə dönüb. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.