REGİONLAR


Sumqayıtda “Breyn-rinq” bilik yarışmasının qalibləri mükafatlandırılıblar

Sumqayıt, 10 fevral, AZƏRTAC

Sumqayıtda gənclər arasında “Breyn-rinq” bilik yarışması keçirilib.

Yarış ənənəvi olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyinin (İB) təşkilatçılığı ilə reallaşıb.

“Azərikimya” İB-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, Sumqayıt kimyaçılarının da təmsil olunduqları yarışlara Moskva Dövlət Universitetinin Bakı filialının, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının, şəhər təhsil şöbəsinin, KİV nümayəndələrinin, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatının, “N” saylı hərbi hissənin, “Yaşıl kimyaçılar” klubunun və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılıb.

Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Breyn-rinq” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, iki mərhələdən ibarət olmaqla dörd saatadək davam edən yarışmada öz yüksək bilik səviyyəsi və geniş dünya görüşə malik olmaları, hazırcavablıqları ilə seçilən” Sumqayıt Təlim-Tədris Mərkəzinin “Proqres” komandası birinci yeri tutub.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutan komandaların üzvlərini təbrik edib, onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Sonda “Azərikimya” İstehsalat Birliyi həmkarlar ittifaqı komitəsi tərəfindən qalib komandalar fəxri diplomlar və pul mükafatları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.