ELM VƏ TƏHSİL


Sumqayıt Dövlət Universitetində “Qanımızın səsi” kitabının təqdimatı olub

Sumqayıt, 5 mart, AZƏRTAC 

Sumqayıt Dövlət Universiteti (SDU) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin “Qanımızın səsi” kitabının təqdimatı olub. Kitabın təqdimatı Qızıl Aypara Cəmiyyətinin 95 illik yubileyi çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirdə Qızıl Aypara Cəmiyyətinin

tarixindən, fəaliyyətindən, xeyirxah missiyasından danışılıb.

Fondun prezidenti, Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli müəllifi olduğu “Qanımızın səsi” kitabı haqqında məlumat verib. Bildirib ki, kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsin marağına səbəb ola biləcək bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna, onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olma imkanlarına necə təsir etməsi kimi aktual bir məsələyə həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.