REGİONLAR


Sumqayıt Dövlət Universitetində tələbələrin bədii-yaradıcılıq festivalının birinci mərhələsi keçirilib

Sumqayıt, 1 aprel, AZƏRTAC

Müstəqil Azərbaycanın ictimai, siyasi, mədəni həyatında qazanılan parlaq qələbələri ölkə tarixinə qızıl hərflərlə yazmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə aprelin 1-də Sumqayıt Dövlət Universitetində (SDU) ali məktəb tələbələri arasında bədii özfəaliyyət kollektivlərinin festivalının birinci mərhələsi keçirilib. Tədbir Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, tədbirin əsas məqsədi tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival, həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

Festival çərçivəsində tələbələr əsasən bədii qiraət, ifa, rəqs və musiqi nömrələri üzrə məharətlərini göstəriblər.

Qeyd edək ki, festivalın ikinci mərhələsinin nəticələri məlum olduqdan sonra may ayının birinci ongünlüyündə qaliblərin iştirakı ilə yekun konserti keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.