REGİONLAR


Sumqayıtda həvəskar rəssam Sara Fətullayevanın fərdi sərgisi açılıb

Sumqayıt, 8 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Rəsm Qalereyasında həvəskar rəssam Sara Fətullayevanını "Rənglərin dili ilə” adlı fərdi sərgisinin açılışı keçirilib. Sərgidə rəssamın 20-dək rəsm əsəri nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova açılış mərasimində çıxış edərək, sərgini keçirməkdə əsas məqsədin gənc nəslin incəsənətə marağını artırmaqdan və Azərbaycanda yetişməkdə olan gənc rəssamları tanıtdırmaqdan ibarət olduğunu bildirib.

Sonra “Dostluq” mədəniyyət evində fəaliyyət göstərən Vüqar Cəfərovun rəhbərliyi ilə "Şahinlər" rəqs qrupu, respublika muğam müsabiqəsinin qalibi Qurban Həsənov və saz ifaçısı Səbinə Hüseynova çıxış ediblər.

Həvəskar rəssam Sara Fətullayevanın "Rənglərin dili ilə” adlı fərdi sərgisi aprelin sonunadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.