İDMAN


Azərbaycanın taekvondo yığması “Ukraine Open Cup” turnirində 10 idmançı ilə təmsil olunacaq

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə yığma komandası Ukraynaya səfər edəcək.

Komandamız aprelin 11-dən 12-dək Xarkov şəhərində keçiriləcək “Ukraine Open Cup” turnirinə 10 taekvondoçu ilə yollanacaq. Turnirdə Avropanın 20 ölkəsi, eləcədə ABŞ, Braziliya, Porta-Riko, Bəhreyn və Əlcazairdən olan taekvondoçular iştirak edəcək.

Yarış Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu turnirdə komandamız 2 kişi və 8 qadın idmançı ilə təmsil olunacaq. Kişilərdən ibarət milli komandanın böyük məşqçisi Elnur Amanov taekvondoçulardan Ayxan Tağızadəyə (68 kq) və Milad Beigi Harcheganiyə (80 kq), qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (46 kq), Nurgül Çelik (49 kq), Patimat Abakarova (49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeevaya (73 kq) şans verəcək.

Yarış “G1” kateqoriyalı olduğuna görə, qalib idmançı aktivinə 10 xal artırmış olacaq. Əldə edilmiş xallar Olimpiya çəkilərində çıxış edən idmançıların 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiadaya qatılmaq şansını artıracaq.

ATF-nin vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Ukraynaya yollanan komanda vətənə 14 apreldə dönəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.