SİYASƏT


Əfqanıstan Azərbaycan ilə siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Əfqanıstanın ölkəmizdəki səfiri Mohammad Taqi Xalili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir respublikamızın regionda sülhün və əmin-amanlığın bərqərar olması baxımından təhlükəsizlik məsələlərinə verdiyi töhfələri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Dövlətlərarası münasibətlərin səviyyəsindən məmnunluğunu bildirən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan ilə Əfqanıstan arasında ikitərəfli faydalı əməkdaşlığın inkişaf etdirilməsinin, habelə beynəlxalq sülhün və regional sabitliyin qorunması naminə ümumi səylərin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.