İDMAN


Qadın güləşçilərimiz Polşada 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

Bakı, 27 iyul, AZƏRTAC

Varşavada qadın güləşi üzrə “Poland Open” 19-cu beynəlxalq turniri keçirilib. Turnirdə iştirak edən Azərbaycanın qadın pəhləvanları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma komandamızın kapitanı Mariya Stadnik bütün rəqiblərinə təmiz qələbə ilə qalib gələrək qızıl medal qazanıb.

Turnirdə 58 kiloqram çəki dərəcəsində yarışlarda Yuliya Ratkeviç ardıcıl olaraq İsveç və Türkiyədən olan rəqiblərini tam üstünlüklə məğlub etsə də, macar rəqibinə uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılan güləşçimiz Bolqarıstan və Macarıstan təmsilçilərinə qalib gələrək bürünc medal qazanıb.

İrina Netreba (60 kq) ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılmaq şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb.

Nadya Muşka (63 kq) da finala qədər inamla irəliləyib. Ancaq finalda rəqibinə məğlub olan idmançımız yarışı gümüş medalla tamamlayıb.

Turnirdə görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.