REGİONLAR


Ağdaşın üç kəndinə təbii qaz verilib VİDEO

Ağdaş, 4 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Ağdaş rayonunun Türyançay, Aşağı Ağcayazı və Yuxarı Ağcayazı kəndlərinə uzun illər fasilədən sonra təbii qaz verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən toplantıda son illər rayonda qaz təsərrüfatının inkişaf etdirilməsi, əhaliyə səmərəli xidmət göstərilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Məlumat verilib ki, Türyançay kəndində 7167 metr, Aşağı Ağcayazı kəndində 6870 metr, Yuxarı Ağcayazı kəndində isə 15051 metr uzunluğunda müxtəlif diametirli metal və polietilen borularla qaz xətləri çəkilib, ümumilikdə 334 abonent mavi yanacaqla təmin olunub. Bütün evlərdə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, indiyədək rayonun 45 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda Korarx, Qoşaqovaq, Cüvə, Pirkəkə və Aşağı Ləki kəndlərinin qazlaşdırılması üçün işlər görülür.

Kənd ağsaqqalları, ziyalılar təbii qazın verilməsinin kəndlərdə bayrama çevrildiyini bildirib və bu sevinci onlara bəxş edən Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Sonra rəmzi məşəl alovlandırılıb. Mərasim iştirakçıları evlərə baş çəkərək qaz xətlərindəki təzyiqlə maraqlanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.