Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” keçirilir [YENİLƏNİB]VİDEO

Bakı, 11 sentyabr, AZƏRTAC 

Sentyabrın 11-də Bakıdakı “Avropa” hotelində “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” konqresinin rəsmi açılışı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilir.

Açılış mərasimində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev çıxış edərək konqresinin işinə uğurlar arzulayıb. Əziz Əliyev Milli Onkologiya Mərkəzi barədə tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Əvvəlki illərdə bütün onkoloji əməliyyatlar yalnız bir binada həyata keçirilirdi. MOM-un cərrahiyyə korpusunun inşasından sonra bu sahədə irəliləyişlər əldə olunub. Hazırda 9 bölgədə onkoloji dispanser, Bakıda isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası fəaliyyət göstərir. Bununla yanaşı, MOM-da diaqnostika və poliklinika şöbələrinin tikintisi aparılır. Qeyd olunub ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır. Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib. Eyni zamanda, Azərbaycan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanıb və azərbaycanlı mütəxəssislər bu nüfuzlu mərkəzdə təcrübə keçirlər.

Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığı və bu inkişafın akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardın almaları üçün tam hüquqi zəmin yaradılıb. “Hər bir xəstənin əməliyyatdan sonrakı yaşam tərzi bizim üçün çox önəmlidir. Çalışırıq ki, xəstələr əməliyyatdan sonra normal həyat fəaliyyətlərini davam etdirə bilsinlər”, - deyə Əziz Əliyev bildirib.

Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri Gökhan Demir konqresin əhəmiyyətindən danışaraq deyib ki, əsas məqsəd Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq üçün imkan yaratmaqdır. O, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyətindən də söhbət açıb.

Konqresin həmsədrləri Necati Alkış (Türkiyə) və Azad Kərimli (Azərbaycan), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin əlaqələndiricisi Mustafa Haşım Polat da də çıxışlarında hər iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklərinə əminliklərini ifadə ediblər. Bildirilib ki, iki gün davam edəcək konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da sessiyalarda müzakirə ediləcək. Vurğulanıb ki, türkdilli ölkələrin onkoloqlarını bir araya gətirmək “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri”nin əsas məqsədlərdən biridir.

Sonra konqres işini MOM-un baş direktorunun müavini Murad Məmmədovun sədrliyi ilə “Limfomalar” mövzusunda sessiya ilə davam etdirib. Gün ərzində, eləcə də sentyabrın 12-də “Yoğun bağırsaq”, ”Süd vəzisi xərçəngi”, ”Baş və boyun şışləri”, “Ağciyər xərçəngi” və “Ginekoloji xərçənglər” mövzularında sessiyalar keçiriləcək, müzakirələr aparılacaq.

Bakıda “Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri” keçirilir [YENİLƏNİB]

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Misli Premyer Liqasının son turu nadir hadisə ilə əlamətdar olub

Ukraynanın müttəfiqləri danışıqlar məsələsini ön plana çəkirlər

Kuk Adalarının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

Hakan Çalhanoğlu “İnter”in heyətində ilk dəfə penaltidən yararlana bilməyib

Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb YENİLƏNƏCƏK

Cibuti Qeyri-Kommersiya Təşkilatının nümayəndəsi: İqlim problemlərini təhsil və iqlim fəaliyyəti ilə gündəmə gətirməliyik

Lucille Apis Overhoff: Biz COP29-dan ölkəmizin gələcək taleyini həll edəcək dəyişikliklər gözləyirik VİDEO

“İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi açılacaq

Cənubi Koreyanın nazir müavini: Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlaşıb

Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Qəmər Adalarının rəsmisi: Ümid edirəm ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün maliyyə məsələsində razılığa gələ biləcəyik

“Qarabağ”ın legioneri: "Tottenhem" və "Ayaks"la oyunlar bizə böyük təcrübə qazandırdı

Medianın İnkişafı Agentliyi SOCAR-ın zavodunda yanğının olması barədə yayılan xəbərlərlə əlaqədar jurnalistlərə müraciət edib

Milli musiqi xəzinəmizi zənginləşdirən sənətkar

Honkonqlu direktor: İqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan digər neft ölkələri üçün nümunədir

Kuala Lumpur şəhərinin qubernatoru Azərbaycanda səfərdədir

Xalq şairi Balaş Azəroğlunun anadan olmasından 103 il ötür

Dünya birjalarında neft ucuzlaşıb

Misli Premyer Liqası: Mövsümün sürpriz komandası öz rekordunu təkrarlayıb

Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir

COP29 müddətində H1 və H2 ekspress avtobusları Bakı hava limanı istiqamətində fasiləsiz fəaliyyət göstərəcək

İraq Prezidentinin Azərbaycana səfəri başlayıb

İndoneziya COP29-da xüsusi nümayəndə ilə təmsil olunacaq

CNN: İlon Mask Tramp administrasiyasında vəzifə tutmayacaq

İğdır-Azərbaycan Evində Zəfər Günü qeyd olunub

ABŞ və Britaniya hərbi qüvvələri Yəməndəki husi hədəflərinə zərbələr endirib

Romadakı Trevi fəvvarəsində turistlər üçün portativ körpü quraşdırılıb

Bu gün Bakıda COP29 başlayır

Alimlər filmlərə baxarkən beyin aktivliyini araşdırıblar

Zəfər Günü Budapeştdə qeyd edilib

Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

Finlandiya Prezidentinin Azərbaycana səfəri başlayıb

İtaliya mətbuatı COP29-dan yazır

Kalsium və maqnezium çatışmazlığı idrak sağlamlığına necə təsir edir? - TƏDQİQAT

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Azərbaycana səfərə gəlib

Almaniyanın bir sıra media orqanları COP29-a dair məqalə və reportajlar yayımlayıb

Bağırsaq sağlamlığı və meditasiya arasındakı əlaqə tədqiq edilib - ARAŞDIRMA

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib

Ukraynalı deputat: COP29-un Bakıda keçirilməsi qlobal problemlərin və çağırışların aktuallaşmasına töhfə verəcək

Niderland Krallığında Zəfər Gününə həsr olunmuş konsert keçirilib

İtaliyanın “ITA Airways” şirkəti İsrailə aviareysləri dayandırıb

Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib

Zəfər Günü Brüsseldə qeyd edilib

TDT-nin Baş katibi COP29-da iştirak üçün Azərbaycana gəlib

İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

Azərbaycanın Zəfər Günü münasibətilə Meksikada yürüş keçirilib

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Şuşada üçrəngli bayrağımızın qaldırılmasından sonra döyüş meydanındakı Zəfərə siyasi Qələbə də əlavə olundu

Aktau şəhərində “Azərbaycan-qazax xalqlarının Dostluq xiyabanı” açılıb

Naxçıvanda Şəhidlər bağı salınıb

COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəlib

Türkiyə Superliqası: “Qalatasaray” və “Fənərbağça” qələbə qazanıb, “Beşiktaş” xal itirib

Premyer Liqa: “Çelsi” – “Arsenal” oyunu qollu sülhlə yekunlaşıb

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Rəsmi Kişineu ölkənin hava məkanını pozan Rusiya dronlarına reaksiya verib

Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycana gəlib

Papa Fransisk: COP29 ümumi evimizin qorunmasına töhfə verəcək

Britaniya səfiri COP29 ilə bağlı paylaşım edib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç Azərbaycana səfərə gəliblər

Misli Premyer Liqası: “Qarabağ” turun son oyununda “Zirə”yə qalib gəlib

Monqolustan Prezidenti Azərbaycana səfərə gəlib

Böyük Britaniyanın Baş naziri və altı nazir COP29-da iştirak edəcək

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana səfərə gəlib

Berlində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər

Premyer Liqa: “Liverpul” və “Mançester Yunayted” turu qələbə ilə bitirib

Türkiyə və Şimali Kipr mediası Azərbaycanda keçiriləcək COP29 mövzusunu geniş işıqlandırıb

MN: Hərbi qulluqçumuz piyadaəleyhinə minaya düşərək xəsarət alıb

Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

Heydər Əliyev Sarayında “Oyanış” adlı konsert proqramı keçiriləcək VİDEO

“Sabah” qəzeti Türkiyənin COP29 çərçivəsində prioritetləri barədə məqalə dərc edib 

Burundinin vitse-prezidenti Azərbaycanda səfərdədir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

Şəhid Qasımov Şəhriyarın xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Superliqa: “Qalatasaray” doğma meydanda üç xala sevinib

Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb YENİLƏNİB VİDEO

COP29 “Daily Show” televiziya proqramına start verir

Özbəkistan iqtisadiyyatının karbonsuzlaşdırılması potensialı

Yaşıl gələcəyi birlikdə quraq: COP29 - Yaşıl sabaha doğru

Niuenin Baş naziri Azərbaycana gəlib

Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO

Şimali Makedoniyanın Prezidenti Azərbaycana gəlib

Malavinin vitse-prezidenti Azərbaycana səfərə gəlib

Anqolanın vitse-prezidenti COP29-da iştirak üçün Azərbaycana gəlib

Sabahdan bəzi yerlərdə hava yağıntılı olacaq

Kayrat Sarıbay: Azərbaycan bəşəriyyətin gələcəyinə məsuliyyətli yanaşma və qayğı nümayiş etdirir

Qərb Ermənistanı dəstəkləməklə bölgədə mövcud olan kövrək sülhə təhdid yaradır ŞƏRH

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

Şəkidə şəhid övladları üçün payız düşərgəsi təşkil olunub

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Gürcüstanın Baş naziri COP29-da iştirak edəcək

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Qırğızlar COP-29 günlərində Musiqili Teatrda "Adəm"lə çıxış edəcəklər

Moskvada Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirilib

Hərbi ekspert: Ermənistanın silahlanması regionda sabitliyi və təhlükəsizliyi poza bilər

Azərbaycanın Zəfər Günü münasibətilə Manisada tədbir təşkil olunub

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir