ELM VƏ TƏHSİL


Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində Bilik günü qeyd edilib

Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində Bilik günü qeyd edilib

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq Bilik günü münasibəti ilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, yeni tədris ilinin başlanmasına həsr olunmuş mərasimlərdə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

2015-2016-ci tədris ilində Pirallahı rayonunda 293 şagird birinci sinfə qəbul olunub. Onlardan 237 nəfəri Azərbaycan, 56 nəfəri isə rus bölməsində təhsil alacaq.

Rayonda yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Məktəb direktorları çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.

2014-2015-ci tədris ilində Pirallahı rayon məktəblərinin 123-ü Azərbaycan, 15-i isə rus bölməsinin şagirdi olmaqla 138 məzun bitirib.

Ötən tədris ilində əsaslı təmiri başa çatdırılmış 168 nömrəli tam orta məktəbdə bu il 15 sinif otağı və idman zalı daxil olmaqla 300 yerlik yeni tədris korpusu tikilib istifadəyə təhvil verilib.

Tədbirlərdə Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı və bu kateqoriyadan olan digər ailələrə məktəbli formaları, çantalar, məktəb ləvazimatı paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.