İDMAN


“Neftçi” futbol klubu ilə “ASAN xidmət” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 17 oktyabr, AZƏRTAC

“Neftçi” futbol klubu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasında titul sponsorluğu ilə bağlı müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, Baki Biznes Mərkəzində təşkil olunan mərasimə idman ictimaiyyətinin nümayəndələri, veteran futbolçular və klub rəsmiləri qatılıblar.

Tədbirdə “Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış ediblər.

Sonra “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev əməkdaşlıq müqaviləsini imzalayıblar. Qonaqlara üzərində yeni titul sponsorun adı yazılan forma nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Neftçi”nin başlıca sponsoru olaraq qalır və əsas komandadan başqa bütün digər komandaların titul sponsorudur.

Mərasimdə “Neftçi”nin Müşahidə Şurasının yeni üzvlərinin də adları açıqlanıb. Yeni üzvlər klubun veteran futbolçusu, Əsgər Abdullayev, SSRİ Xalq Artisti, “Şöhrət” ordeni laureatı Fərhad Bədəlbəyli və Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfovdur. Bununla yanaşı, “Neftçi” futbol klubunun nəzdində iş adamlarından ibarət qrup fəaliyyət göstərəcək və Müşahidə Şurasının doqquzuncu üzvü bu qrupun nümayəndəsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.