Pirallahı rayonunun idmançıları kempo üzrə Avrasiya çempionatında yüksək nəticələr göstəriblər
AzerTAg.az

Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq kempo döyüş növü üzrə Avrasiya çempionatı keçirilib. Çempionatda 21 komandanın heyətində 183 idmançı qüvvəsini sınayıb. Azərbaycan kempoçuları ilə yanaşı, Əfqanıstan, Rusiya, İran və digər ölkələrdən idmançılar da turnirdə mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, çempionatda Pirallahı rayonunun “Kempo” komandası da bir neçə idmançı ilə təmsil olunub. İki gün davam edən gərgin idman mübarizəsinin nəticəsində Seymur Yusibov full-kontakt versiyası üzrə çempion olub. O, submission versiyası üzrə isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Gənc idmançı Rauf Hüseynov da etimadı doğruldaraq 15-17 yaşlı atletlərin qrupunda çempion adını qazanıb. Murad Yaqubov isə ikinci yeri tutub.
Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının dəstəyi, “Toğrul” idman klubunun təşkilatçılığı ilə “Şağan” Olimpiya İdman Kompleksində keçirilib.
Xəbərin mətnində orfoqrafik səhv var