REGİONLAR


Ağdam rayonunda sənaye məhəlləsi yaradılacaq

Ağdam, 22 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunda sənaye məhəlləsinin yaradılması üçün torpaq sahəsi ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun məruzəsində qeyd olunub ki, bu il Ağdam rayonunun Quzanlı qəsəbəsində avtovağzal, mini futbol meydançası, “Çay evi”, yanacaqdoldurma məntəqəsi, Təzəkənd qəsəbəsində poçt şöbəsinin binası, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, Çəmənli kəndində kitabxana, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə kompleksləri tikilib istifadəyə verilib.

Hesabat dövründə Çəmənli kənd uşaq bağçasının və Üçoğlan kənd xəstəxanasının təmiri başa çatdırılıb. Hazırda Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, kənd təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, mərkəzi aptekin, Xındırıstan uşaq musiqi məktəbinin tikintisi davam etdirilir. Doqquz ayda rayon ərazisində 50 mindən çox müxtəlif növ ağac əkilib.

Məlumat verilib ki, ilin doqquz ayında rayon üzrə ümumi məhsul istehsalının həcmi 94 milyon manat olub. Bu dövrdə 7 milyon manatlıq sənaye, 68 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib.

Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, hesabat dövründə 17 min 827 hektar taxıl sahəsindən 56 min 183 ton məhsul tədarük olunub, məhsuldarlıq 31,5 sentnerə çatdırılıb. Bundan başqa, torpaq mülkiyyətçiləri tərəfindən 2534 hektar tərəvəz sahəsindən 39050 ton, 450 hektar kartof sahəsindən 7560 ton məhsul götürülüb.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərlə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.