Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

8. Dövlət Proqramının həyata keçirilməsi üzrə TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcraçı qurumlar

İcra müddəti   (illər üzrə)

1

2

3

4

8.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində normativ hüquqi  bazanın təkmilləşdirilməsi

8.1.1.

Azərbaycan Respublikasının aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulması ilə bağlı təkliflərin hazırlanması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Xarici İşlər Nazirliyi

2020─2021

8.1.2.

Aviasiya təhlükəsizliyi sahəsində qüvvədə olan hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Ədliyyə Nazirliyi

 

 

mütəmadi

8.1.3.

Aviasiya təhlükəsizliyi sahəsində qəbul edilmiş qanunların və digər normativ hüquqi aktların izahına dair məcmuələrin hazırlanması

Aviasiya Agentliyi

mütəmadi

8.1.4.

Mülki aviasiya hava limanlarının, aviaşirkətlərin, aviasiya subyektlərinin, habelə digər idarə, təşkilat və müəssisələrin aviasiya təhlükəsizliyi proqramlarının təkmilləşdirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC, digər mülki aviasiya subyektləri

mütəmadi

8.1.5.

Aviasiya təhlükəsizliyi sahəsində qanun pozuntuları ilə mübarizə tədbirlərinin həyata keçirilməsini tənzimləyən aktların təkmilləşdirilməsi, yeni aktların hazırlanması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2021

8.1.6.

Aviasiya təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması üzrə sənədlərin işlənib hazırlanması və tətbiqi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

8.2.  Aviasiya təhlükəsizliyi sahəsində nəzarət prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan
təcrübəyə uyğunlaşdırılması
  1. 2.1.

Aviasiya təhlükəsizliyi tədbirlərinin təkmilləşdirilməsi və Dövlət Proqramına uyğun olaraq həyata keçirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

  1. 2.2.

Azərbaycan Respublikasının qoşulduğu aviasiya təhlükəsizliyi üzrə beynəlxalq konvensiyaların tələblərinin  həyata keçirilməsinin təmin edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

  1. 2.3.

Aviasiya təhlükəsizliyinin ICAO və ECAC standartlarına və tövsiyələrinə uyğunluğunun təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

Aviasiya Agentliyi

mütəmadi

  1. 2.4.

Mülki aviasiyanın fəaliyyətinə mümkün müdaxilə hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülməsi, habelə müvafiq struktur bölmələrinin daim hazır vəziyyətdə saxlanılması üçün  tədbirlərin həyata keçirilməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibinə daxil olan dövlət orqanları (qurumları)

mütəmadi

  1. 2.5.

Mülki aviasiya hava limanlarında aviasiya təhlükəsizliyinin vəziyyəti haqqında məlumatların yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.2.6.

Aviasiya təhlükəsizliyi sahəsində keyfiyyətə nəzarət tədbirlərinin beynəlxalq standartlara və tövsiyə olunan təcrübələrə uyğunlaşdırılması

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

8.2.7.

Aviasiya təhlükəsizliyi sahəsində personalın hazırlığı üzrə tədbirlərin beynəlxalq standartlara və tövsiyə olunan təcrübələrə uyğunlaşdırılması

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

8.2.8.

Hava limanlarının müasir texniki vasitələrlə təchiz edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

8.2.9.

Fövqəladə hallarda mülki aviasiya hava limanlarında stasionar və səyyar idarəetmə məntəqələrinin yaradılması və müvafiq texniki vasitələrlə təchiz edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

8.2.10.

Mülki aviasiya təhlükəsizliyi sahəsində “qaynar xətt”in yaradılması

Aviasiya Agentliyi,

 “Azərbaycan Hava Yolları” QSC

2020

8.3. Kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi

8.3.1.

Aviasiya təhlükəsizliyi sahəsində xarici dövlətlərlə təcrübə mübadiləsi, həmçinin aviasiya personalının əlavə təhsili üçün tədbirlərin həyata keçirilməsi 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

 “Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.2.

Aviasiya təhlükəsizliyi sahəsində tədris vəsaitlərinin hazırlanması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Təhsil Nazirliyi,

 “Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.3.

Yerli və xarici mütəxəssislər cəlb edilməklə aviasiya təhlükəsizliyi sahəsində tədbirlərin təşkili

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.4.

Aviasiya təhlükəsizliyi personalının peşəkarlığının və biliklərinin artırılması üçün Milli Aviasiya Akademiyasının imkanlarından geniş istifadə edilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

mütəmadi

8.3.5.

Mülki aviasiyanın təhlükəsizliyinin təmin olunmasında iştirak edən dövlət orqanları (qurumları) arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

8.3.6.

Mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi

Aviasiya Agentliyi,

“Azərbaycan Hava Yolları” QSC

2020─2021

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin