DÜNYA


8 Mart Berlində rəsmi bayrama çevrilir

Berlin, 9 mart, AZƏRTAC 

“Frauenkampftag” icması (“Qadınlar uğrunda mübarizə günü”) Almaniya paytaxtının Aleksanderplats meydanında etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiya şəhərin qadın təşkilatlarının və “Die Linke (“sollar”)” parlament partiyasının dəstəyi ilə həyata keçib. Səsləndirilən şüarlar, əsasən feminist məzmununda olub.

8 Mart Beynəlxalq Qadınlar Gününün təsis edilməsinin başlanğıcında 1909-cu ildə Amerika Sosialist Partiyasının Nyu-Yorkdakı qurultayında səsləndirilən cinsiyyət bərabərliyi barədə çağırışlar dayanır. XX əsrdə dövlət bayramları hesab edilən bir çox digər bayramlardan fərqli olaraq, 8 Mart Avropa ölkələrinin ənənəsinə dərhal daxil olmayıb.

Budur, AFR-in tərkibində federal əyalət olan Berlin 8 Martı rəsmi bayram elan edib. Bundan sonra həmin gün bütün ölkə ərazisində gender bərabərliyi mövzusunda siyasi və mədəni tədbirlər keçiriləcək.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.