REGİONLAR


“8-ci Onlayn Beynəlxalq Klublar Lichess” şahmat yarışı keçiriləcək

Naxçıvan, 24 aprel, AZƏRTAC

Sədərək Rayon Təhsil Şöbəsinin, muxtar respublikanın Şahmat Federasiyasının rayon bölməsinin, Yevlax Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Türkiyənin Muğla Böyük Şəhər Bələdiyyəsinin və Pakistan Akıl Sporları Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Pakistanın şahmatçı şagirdləri arasında “8-ci Onlayn Beynəlxalq Klublar Lichess” şahmat yarışı keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 25 aprel 2021-ci il tarixdə saat 21:00-da lichess.org internet plortforması vasitəsilə keçiriləcək görüşdə Yevlax, Balakən, Samux, Mingəçevir, Göyçay, Oğuz, Tərtər Gənclər İdman-Şahmat məktəbləri və Sədərək, Kəngərli Rayon Uşaq-Gənclər Şahmat məktəblərinin komandaları da olmaqla, 27 komanda iştirak edəcək.

Keçiriləcək görüşdə hər komandadan 30 müxtəlif dərəcəli şagird olmaqla, ümumilikdə, 800 müxtəlif dərəcəli şahmatçının iştirakı nəzərdə tutulur.

Lichess.org internet plotforması vastəsilə keçiriləcək görüş “Youtube” üzərindən canlı yayımlanacaq.

Görüşün yekun nəticələri Naxçıvan Şahmat Federasiyasının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytlarında elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.