Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 169-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Əliyarov Məhəmməd Ələkbər oğlunun səlahiyyətlərinə 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yekunları müəyyən edilənədək müvəqqəti xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin