MƏDƏNİYYƏT


8 yaşlı İzelin nağılları...

Bakı, 1 iyun, AZƏRTAC

Bakının Binəqədi rayonunda yerləşən 276 nömrəli orta məktəbin ikinci sinif şagirdi İzel Dadaşzadənin “İzelin nağılları” adlı kitabı çapdan çıxıb. Kitab Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan uşaqlarına hədiyyə kimi nəşr edilib.

AZƏRTAC xəbər verir ki, nəşrə balaca məktəblinin qələmə aldığı 12 nağılı daxil edilib. “Üç alma”, “Sehrli oyuncaq”, “Balaca ağac”, “Maraqlı qələm”, “Danışan stul”, “Sehrli uşaq”, “Atın nağılı”, “Yaxşı padşah” və “Nənə və su” digər nağıllar üslubuna, yazı tərzinə, məntiqinə və məzmununa görə maraq doğurur və Azərbaycan məktəblisinin fitri istedadından xəbər verir.

Sözügedən məktəbin direktoru, Əməkdar Müəllimi Bəhram Şiriyev AZƏRTAC-a bildirib ki, kitab qısa müddətdə məktəblilər və oxucular arasında geniş rezonans doğurub.

“Biz İzelin istedadını elə ilk gündən hiss etmişdik. Buna təəccüb eləmirdik, çünki bilirdik ki, onun nənəsi Kəmalə Abiyeva və anası Aysel Əlizadə tanınmış yazarlardır. Amma bu qızın xüsusi istedadı və məntiqi müəllimlərimizi sözün həqiqi mənasında heyran edib. İnanıram ki, İzel Dadaşzadənin sorağı daha böyük salonlardan gələcək və o, Azərbaycana layiqli vətəndaş olacaq. Biz onu təbrik edir, dərslərində və yaradıcılığında uğurlar arzulayırıq”, - deyə təhsil ocağının direktoru söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.