Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Böyük Britaniyanın Azərbaycandakı səfiri MDU-nun Bakı filialında olub

Bakı, 19 noyabr, AZƏRTAC

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq V.M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakıdakı filialında olub.

AZƏRTAC xəbər verir ki, səfir filialın rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nərgiz Paşayeva, habelə bu ali təhsil ocağının müəllimləri və tələbələri ilə görüşüb.

Professor Nərgiz Paşayeva səfir İrfan Siddiqi salamlayaraq universitetə gəlməsinə görə ona təşəkkürünü bildirib, səfiri V.M.Lomonosov adına MDU-nun Bakı filialının fəaliyyəti ilə, buradakı fakültələr və ixtisaslarla tanış edib. Qeyd edilib ki, Bakı filialının filologiya fakültəsində fəaliyyət göstərən “Roman-german filologiyası” və “Rus filologiyası” bölmələrində filologiya sahəsində yüksək ixtisaslı linqvist və ədəbiyyatşünas kadrlar hazırlanır. Roman-german filologiyası bölməsinin tədris planına əsas xarici dillərin (ingilis, italyan, ispan və fransız) dərindən öyrənilməsi; həmin dillərin nəzəriyyəsinə və tarixinə, tərcümə nəzəriyyəsinə və praktikasına, roman-german dillərinin, klassik latın dilinin, latın xalq dilinin, qotik dilin müqayisəli qrammatikası; ikinci Qərbi Avropa dilinin məcburi şəkildə öyrənilməsi; dünya ədəbiyyatı tarixinin genişləndirilmiş və dərinləşdirilmiş kursları daxildir.

Rektor onu da qeyd edib ki, roman-german bölməsinin tələbələri sakinlərinin əksəriyyəti onların öyrəndiyi dildə danışan ölkələrdə, o cümlədən Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Çexiya və Polşada hər il təcrübə keçirlər.

İngilis filologiyası bölməsinin bütün tələbələri birinci kursun sonunda Bakıdakı “British Council”də tədris təcrübəsi keçirlər. Bakalavriatın və magistraturanın ən yaxşı tələbələri İngiltərə universitetlərinə dil kurslarına göndərilir. Məsələn, 2011-ci il iyulun 17-dən 31-dək filologiya fakültəsinin ingilis bölməsinin IV kurs tələbələri Böyük Britaniyanın Rekşam şəhərindəki Yel kollecində, 2011-ci il avqustun 20-dən 30-dək həmin bölmənin III kurs tələbələri isə Uorvik Universitetində tədris təcrübəsi keçiblər.

2014-cü il iyulun 21-dən avqustun 8-dək ingilis filologiyası bölməsinin III kurs tələbələri Londondakı “Club Class English language school”da yay təcrübəsinə ezam edilib, həmin il iyulun 28-dən avqustun 22-dək bu bölmənin magistrantları Böyük Britaniyadaki “Regent`s University London”da yay dil təcrübəsi keçiblər.

Ali məktəbin bu təcrübəsi ilə tanış olan səfir öz növbəsində, bu praktikanın dil öyrənmək üçün böyük əhəmiyyətini qeyd edib və filialın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.

Professor Nərgiz Paşayeva özünün bu yaxınlarda Oksford Universitetində işgüzar səfərdə olması və səfər müddətində keçirdiyi görüşlər barədə səfirə məlumat verib.

N.Paşayeva Oksford Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi adına Elmi Mərkəzin Azərbaycan tərəfdən rəhbəri kimi bu Mərkəzin fəaliyyəti barədə danışıb. Səfir İ.Siddiq qeyd edib ki, müasir dünyada tolerantlığın real nümunəsi olan bu Mərkəz və onun fəaliyyəti elm və təhsil sahəsində ikitərəfli münasibətlər üçün çox böyük əhəmiyyət kəsb edir.

Professor Nərgiz Paşayeva və Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq görüşdə V.M.Lomonosov adına MDU-nun Bakı filialının tələbələri və magistrantları arasında böyük ingilis ədibi Uilyam Şekspirin yaradıcılığına həsr olunmuş inşa müsabiqəsinin nəticələrini də müzakirə ediblər.

Bu müsabiqənin keçirilməsi haqqında qərar İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, “Britaniya İmperiyası” ordeninə layiq görülmüş, Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın bu ilin fevral ayında MDU-nun Bakı filialına səfəri zamanı filialın rektoru, AMEA-nın müxbir üzvü, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycandan olan həmsədri, professor Nərgiz Paşayeva ilə birlikdə qəbul edilib.

Əldə edilmiş razılaşmaya görə, oktyabrın 23-də filialın filologiya fakültəsində esse müsabiqəsi keçirilib. Müsabiqədə səkkiz nəfər (üç magistrant və beş bakalavriat tələbəsi) iştirak edib. M.V.Lomonosov adına MDU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasının müəllimləri tərəfindən təklif edilmiş esse mövzuları böyük ingilis ədibi U.Şekspirin əsərlərinə həsr edilmişdi. İştirakçıların işləri M.V.Lomonosov adına MDU-nun ingilis dilçiliyi və xarici ədəbiyyat bölməsinin dörd professoru tərəfindən yoxlanılıb.

Sonra filialın rektoru Nərgiz Paşayeva və səfir İrfan Siddiq esse müsabiqəsinin qaliblərini elan ediblər. Müsabiqənin yekunlarına görə birinci yeri ingilis filologiyası bölməsinin I kurs magistrantı Rəfiqə Ağayeva, ikinci yeri həmin bölmənin III kurs tələbəsi İlahə Dadaşova, üçüncü yeri birinci kurs magistrantı Məryəm Məmmədova tutublar.

Müsabiqənin qalibi Uilyam Şekspirin vətəni Stratford-Eyvon şəhərinə getmək hüququ qazanıb, müsabiqədə ikinci və üçüncü yerləri tutmuş iştirakçılara həvəsləndirici mükafatlar kimi noutbuk və lüğət təqdim edilib.

Səfir İrfan Siddiq esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində də iştirak edib.

Professor Nərgiz Paşayeva müsabiqənin qaliblərini təltif edərək deyib: “Hesab edirəm ki, əsas ictimai nemət yaxşı təhsildir. Yaxşı təhsil olmadan yaxşı dövlət, yaxşı vətəndaş ola bilməz, yaxşı təhsil olmasa gələcəyə inam, tərəqqi də yoxdur, həyatın mənası, fundamental dəyərləri haqda düzgün təsəvvür yoxdur, insana həyatda yol göstərən mənəvi əsas yoxdur”.

Rektor Nərgiz Paşayeva qeyd edib ki, bu esselərin yaxşı səviyyədə yazılması filologiya fakültəsinin bütün müəllimlərini sevindirir. O, deyib: “Müsabiqənin şərtlərinə görə, qalib kimi bir nəfərin fərqləndirilməsi nəzərdə tutulur, lakin bugünkü yarışın ruhu sırf rəmzi məna daşıyır. Ona görə ki, bütün iştirakçılar yaxşı esselər yazıblar, onlar hamısı çalışıb və ən başlıcası, dahi Şekspirin əsərlərini bir daha oxuyublar”.

Bu layihənin sponsoru qismində İngiltərə-Azərbaycan Cəmiyyəti çıxış edib. 1997-ci ildən fəaliyyət göstərən bu Cəmiyyətin iki ölkə arasında münasibətlərin inkişafında çox böyük xidmətləri var.

Xatırladaq ki, 2007-ci ildən İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevadır. Cəmiyyət fəal iş aparır, Azərbaycanda və Böyük Britaniyada bir sıra uğurlu humanitar, sosial və mədəni layihələr həyata keçirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar YENİLƏNƏCƏK VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb

Azərbaycanın 7 cüdoçusu Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir VİDEO

Vəkillər Kollegiyasının sədri: Bu gün ölkəmizdə vəkillərin sayı 2454 nəfərə çatıb

Aprelin 24-də 5 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Dünya birjalarında neft bahalaşıb