SİYASƏT
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər başa çatıb VİDEO
Ağdaş, 18 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər başa çatıb.
AZƏRTAC xəbər verir ki, saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb.
90 saylı Ağdaş dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov AZƏRTAC-a bildirib ki, gün ərzində seçki məntəqələrində vətəndaşların yüksək fəallığı müşahidə olunub: “Axşam saat 19:00-da bütün seçki məntəqələri səsvermə üçün bağlı elan edilib və səslərin hesablanmasına başlanılıb. Səsvermə prosesində, eləcə də səslərin hesablanması və yekun protokolun doldurulması zaman qaydalara düzgün əməl edilib, nöqsan aşkarlanmayıb. Bu seçki dairəsinə aid olan seçki məntəqələrində, ümumilikdə, 741 nəfər yerli müşahidəçi, eləcə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 4 müşahidəçisi səsvermə prosesini izləyib. Məntəqələrdən heç bir şikayət daxil olmayıb, bəzi məsələlərlə bağlı vətəndaşların müraciətləri olub və məsələ araşdırılaraq dərhal öz həllini tapıb. Müşahidəçilər də heç bir qanun pozuntusuna yol verilmədiyini, seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulayıblar”.