REGİONLAR


Əmək veteranı: Heydər Əliyev zəhmətkeş adamları, əməkçiləri çox sevirdi

Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarətə gəlmiş insanlar arasında Ulu Öndəri şəxsən tanıyan, qəlbində onunla bağlı unudulmaz xatirələr daşıyan insanlar da vardı.

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sədrəddin Ələsgərov AZƏRTAC-a müsahibəsində əbədiyaşar lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb: “Ulu Öndər 1969-cu ildə hakimiyyətə gələndə ilk olaraq əmək qəhrəmanları ilə görüşdü. Onunla ilk görüşüm də o vaxt olub. Heydər Əliyev zəhmətkeş adamları, əməkçiləri çox sevirdi. Onlarla görüşüb söhbət edər, fikirlərini bölüşər, rayonun problemləri ilə maraqlanardı. O vaxt mən ferma müdiri işləyirdim. Ağdam rayonuna səfərləri zamanı onunla bir neçə dəfə görüşmək imkanım oldu. Hər dəfə də mənə “Geroy” deyirdi. Bu dahi şəxsiyyətlə hər görüşüm həyatımın ən xoş anları kimi hər zaman xatirimdə qalacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.