Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xalçaçılıq sənətinin inciləri: Naxçıvan xalçaları

Naxçıvan, 23 dekabr, AZƏRTAC

Azərbaycanın qədim diyarı Naxçıvan memarlıq üslubu, arxeologiya, fəlsəfə məktəbləri, köklü təhsil ənənələri ilə yanaşı, xalçaçılıq sənəti ilə də dünyada tanınıb. Bu gözəl və füsunkar təbiətli yurdumuzda vaxtilə evlərdə palaz, kilim, sumax, vərni, şəddə, zilli və cecim kimi xalça növləri toxunub, xalçatoxuma sənəti inkişaf etdirilib.

Muxtar respublikada aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. Orta əsr ərəb müəllifləri də Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər.

Azərbaycan xalça sənətini öz ənənəvi naxışları və elementləri, özünəməxsus şux rəng çalarları ilə zənginləşdirən Naxçıvan xalçaları bu gün də dəyərini saxlamaqdadır. Naxçıvanın Şərur, Şahbuz, Ordubad, Culfa bölgələrində daha geniş yayılan xalça sənəti xalq yaradıcılığı növlərindən biri kimi diqqətləri cəlb edir.

Yeri gəlmişkən, muxtar respublikada xalq yaradıcılığının inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət verilir. “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il fevralın 7-də imzaladığı Sərəncamdan sonra Naxçıvanda bu sənətin yaşadılması istiqamətində xeyli iş görülüb. Naxçıvan şəhərində Dövlət Xalça Muzeyi üçün yeni binanın istifadəyə verilməsi də maddi-mənəvi irsin qorunub saxlanılmasına göstərilən dövlət qayğısının parlaq təzahürüdür.

Belə tədbirlər muxtar respublikanın rayonlarında da davam etdirilir. Belə ki, 2011-ci il yanvar ayının 14-də Ordubad şəhərində öz dövrünün tanınmış siması, xeyriyyəçi Mənsur ağa Kəngərlinin əsaslı surətdə təmir-bərpa edilmiş, XIX əsr abidəsi olan mülkünün bir hissəsində xalçaçılıq sexi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həmin xalçaçılıq sexində olub, milli naxışlardan istifadə edilərək hədiyyəlik xalçaların toxunmasını, muxtar respublikamızda fəaliyyət göstərən xalçaçılıq sexləri ilə təcrübə mübadiləsi aparılmasını tövsiyə edib. Xalça toxunması işi ilə 1993-cü ildən məşğul olan bu müəssisə fəaliyyətini daha da genişləndirib. Məlumat üçün bildirək ki, onlarla ordubadlı xalçaçı məhz bu istehsalat sahəsində işləyərək yetişib.

Toxunan xalçalarda təbiətimizi və tariximizi əks etdirən yerli xüsusiyyətlərə uyğun şəbəkə və naxışlardan istifadə edilir. Naxçıvana aid milli ornamentlərin, qədim abidələrin, təbiət mənzərələrinin əks olunduğu kiçikhəcmli hədiyyəlik xalçalar toxunmasına üstünlük verilir. Xalçaların eskizləri isə tanınmış şəbəkə ustası Cabir Cabbarov tərəfindən hazırlanıb.

Cabir Cabbarov deyib ki, əslində, o, ağac üzərində oyma sənəti ilə məşğul olur. Naxçıvanda, eləcə də Ordubadda orta əsrlərdə mövcud olmuş misgərlik, dulusçuluq, şəbəkəçilik, kaşıçılıq və memarlıq sahələrində istifadə edilmiş ornament və naxışları toplayaraq onlardan yararlanır. Xalçaçılıqda da bu ornamentlər tətbiq edildiyindən eskiz çəkmək və çeşni yaratmaq təklifini qəbul edib. Ebru sənətinin xüsusiyyətlərindən xalça eskizlərinə tətbiq edib və yeni kompozisiyalar ortaya çıxıb. Hazırlanan eskizlərdə memar Əcəminin sənət əsərlərinə aid 5 nümunədən, Naxçıvan şəhərindəki Möminə xatın və Yusif Küseyir oğlu türbələrində işlədilən həndəsi naxışlardan, eləcə də Kəngərli rayonu ərazisindəki “Qarabağlar”, Culfa rayonundakı “Gülüstan” türbələrini bəzəyən naxışlardan, Ordubad ərazisindəki 10 abidənin ornamentlərindən istifadə olunub. Xalçanın “göl” deyilən mərkəzi hissəsində həmin abidələrin görünüşü əks etdirilir.

Qeyd etdiyimiz kimi, xalçaçılıq sənəti Şahbuz rayonunda da yaşadılır. Şahbuz xalçalarını bəzəyən əsas elementlərdən şaquli istiqamətli zolaqlar, romblar, qarmaqlı həndəsi elementlər və nəbati ornamentlər, heyvan təsvirləri kimi naxışlar xalqın genetik yaddaşından silinməyən inanc və təsəvvürlərlə bağlıdır. Bu naxışlar sistemi semantika müxtəlifliyindən asılı olmayaraq, bir məkan üzərində real şəkildə ənənəvi üslubda yerləşdirilərək xalçaya ritmik və dinamik ahəngdarlıq verir.

Naxçıvan xalçaları içərisində öz spesifik toxunuşu və bədii quruluşu ilə seçilən xovsuz xalça növü olan şəddə süjet semantikası baxımından çox maraqlıdır. Rayonun Kolanı, Aşağı və Yuxarı Qışlaq, Biçənək, Qızıl Qışlaq və Güney Qışlaq yaşayış məntəqələrində xalça ustalarının yaratdıqları xalça nümunələri ən qiymətli sərvət kimi qorunub saxlanılır. Bir vaxtlar Teymur Rüstəmovun, Zəlbab Mədətovanın, Şükufə Lazımovanın, Aruzə Seyidovanın, Nənəş Həsənovanın və başqalarının toxuduqları xalçalar işlənmə texnikası, ilmə çeşidləri, rəng çalarları ilə seçilir.

Naxçıvan xalçalarının sorağı bu gün bir sıra ölkələrdən gəlir. Amerika Birləşmiş Ştatlarında yaşayan müstəqil jurnalist və tədqiqatçı Peter Tasenin Naxçıvan Muxtar Respublikasının bugünkü sosial-iqtisadi yüksəlişi, qədim tarixi, mühüm tarixi-mədəni abidələri barədə yazdığı və “Foreign Policy News”, “Eurasireview”, “Eurasia Hoy”, Litvada nəşr olunan “Slaptai” qəzetlərində, İspaniyanın “Diariosigloxxi” portalında, Bosniya-Hersoqovinanın “Diegon pro” jurnalında işıq üzü görən məqalələrində Naxçıvan xalçalarının heyranedici gözəlliyi xüsusi vurğulanıb. Peter Tase Naxçıvanda yerli rəssamların xalça kompozisiyaları hazırlayarkən simmetriyanın aliliyinə xüsusi nəzər yetirdiklərini qeyd edib. O, qədim dövrlərdən bəri xalçanın üzərində olan heyrətamiz naxışların sənətkarların diqqət mərkəzində olduğunu vurğulayıb. Müəllif yazır: “Naxçıvan xalçaları XIV əsrdə daha da məşhurlaşıb. XVI-XVII əsrlərdə isə ticarət və memarlıq ilə yanaşı, xalçaçılıq regionda əsas gəlir mənbəyi kimi inkişaf edib. Orta əsrlərin sonlarında özünəməxsus toxuculuq üsullarının tətbiq olunduğu şəhərlər mövcud idi. Təbriz və Ərdəbil şəhərlərini buna misal göstərmək olar. Lakin yüksəkkeyfiyyətli xalça yunu və ipək saplarının istehsalında Naxçıvan diqqət mərkəzində olub və bu amil bir çox elementlərin mürəkkəb bədii kompozisiyalarının yaranmasına şərait yaradıb”.

Bu gün Naxçıvanda gənc nəslin xalçaçılıq sənətinə olan marağının artırılması üçün də müxtəlif tədbirlər görülür. Çünki gənclərimiz xalqımızın qədim və zəngin sənət növlərindən olan xalçaçılıq sənətini yaşadıb gələcək nəsillərə ötürə biləcək yeganə qüvvədir. Xalça sənətinin bitib-tükənməyən zənginliyi isə sənətlə maraqlanan hər bir gəncimizi bu zənginliyi öyrənməyə, onu daha da rəngarəng etməyə sövq edir. Bu gün muxtar respublikada xalçaçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirləri göz önünə gətirsək, həmişə olduğu kimi bu gün də Naxçıvanda milli dəyərlərimizə ehtiram və məhəbbətin yüksək səviyyədə olduğunu görərik.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb