İQTİSADİYYAT


“Il Primato Nazionale” portalı İtaliya-Azərbaycan Palatasının fəaliyyətindən yazır

Roma, 20 yanvar, AZƏRTAC

İtaliyanın “Il Primato Nazionale” xəbər saytında İtaliya-Azərbaycan Palatasının yaranması ilə bağlı yazı yerləşdirilib. Yazıda bildirilir ki, daha öncə İtaliya-Azərbaycan Ticarət İnstitutu (ITAZERCOM) adı ilə fəaliyyət göstərən qurum “İtaliya-Azərbaycan Ticarət Palatası” statusu əldə edərək İtaliyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeydiyyatdan keçirilib və bu ölkənin xaricdə və xarici dövlətlərin İtaliyada ticarət palataları reyestrinə salınıb. Qurum iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına önəmli töhfələr verir.

Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan sürətli inkişafa, dinamik iqtisadi tərəqqiyə və zəngin mədəni irsə malik bir ölkədir. Azərbaycan ilə İtaliya arasındakı əlaqələr xüsusilə son illər önəmli mərhələyə qədəm qoyub. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Ölkələrimiz arasında illik ticarət dövriyyəsinin həcmi 7 milyard avro təşkil edir. TAP layihəsinin reallaşması ilə Azərbaycan Avropa ölkələri, o cümlədən İtaliya üçün önəmli qaz təchizatçısına çevriləcək. İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına böyük maraq göstərirlər. Belə ki, bu şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayə yatırımı 490 milyon ABŞ dollarını keçib.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.