MƏDƏNİYYƏT


2015-ci il üçün “İlin fotoqrafı” seçilib

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) “İlin fotoqrafı 2015” tədbiri keçirilib.

Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə fotoqraflar 2015-ci ildə qazandıqları uğur və nailiyyətlərinə görə AFB tərəfindən mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdən əvvəl qonaqlar bu günlərdə 85 yaşını qeyd edəcək rəssam-heykəltəraş Albert Mustafayevin “Azərbaycanın korifey sənətkarlarının portretləri” və fotoqraf Rüfət Abbasın “Küçə fotoları” sərgiləri ilə tanış olublar.

Tədbirdə AFB-nin ötən il ərzində keçirdiyi və iştirakçısı olduğu tədbirlərə və digər önəmli hadisələrə nəzər yetirilib.

Sonra ilin yekunlarına görə mükafatlar təqdim edilib. 2015-ci il üçün “İlin fotoqrafı” Rüfət Abbas seçilib. Həmçinin qızıl, gümüş və bürünc “Arqus” mükafatı sahiblərinə, müvafiq olaraq Eldar Əkbər, Cavid Məmmədov və Maya Bağırovaya verilib.

AZƏRTAC-ın əməkdaşları - İlqar Cəfərov “İlin press fotoqrafı”, Türkan Abdullayeva isə “İlin jurnalisti” mükafatlarına layiq görülüblər.

Ehtiram Cəbiyə Hüseyn Hüseynzadə adına “Ümid” mükafatı təqdim edilib. Tədbirdə eyni zamanda AFB tərəfindən fotoqrafiya sənətinə verdiyi töhfələrə görə fəxri fərmanlar və fotoqrafiya sənətinə verdiyi dəstəyə görə təşəkkürnamələr təqdim olunub. Həmçinin “İlin sərgisi”, “İlin debüt sərgisi” və “İlin layihəsi” mükafatları da öz sahiblərini tapıb.

“ArtFaktor” şirkətinin təsis etdiyi “Bədii fotoqrafiya” mükafatını Emil Xəlilov qazanıb.

Tədbirdə, həmçinin Gürcüstan Fotoqraflar Assosiasiyasının 3 təmsilçisi AFB-nin fəxri üzvü seçilərək diplomla təltif olunub. Eyni zamanda AFB-nin idarə heyəti sədrinin müavini Rauf Umudova Gürcüstan Fotoqraflar Assosiasiyası tərəfindən “Professional fotoqraf” sertifikatı təqdim edilib.

Qeyd edək ki, AZƏRTAC tədbirin informasiya dəstəkçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.