CƏMİYYƏT


Günəş sisteminin dörd planetinin paradı bu həftə də davam edəcək

Bakı, 22 fevral, AZƏRTAC

Günəş sisteminin dörd planetinin (Venera, Saturn, Mars və Yupiter) paradı bu həftə ərzində də davam edəcək. Lakin bizim en dairələrində Veneranın görüntüsü getdikcə pisləşir və həftənin sonunda yalnız üç planeti görmək mümkün olacaq.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev AZƏRTAC-a bildirib ki, fevralın 25-də Günəş sistemində ən nəhəng planet olan Yupiterin peykləri “Ganymede” və “Callisto” ən uzaq görünən məsafəyədək, yəni 15 bucaq dəqiqəsinədək (bu, Ayın görünən radiusuna bərabərdir) aralanacaq.

Merkuri və Venera səhər çağı yalnız cənub en dairələrindən, Mars, Yupiter və Saturn isə gecə və səhər vaxtlarında müşahidə edilir. Neptun görünmür, Uranı isə binokl və ya teleskop vasitəsilə yalnız axşam saatlarında görmək olar. “Catalina” kometi Zürafə bürcünün fonunda yerini dəyişir və günün qaranlıq vaxtlarında müşahidə üçün əlverişlidir.

Yerin təbii peyki olan Ay fevralın 22-də saat 22:20-də bədirlənmiş Ay fazasına daxil olur. Həftə ərzində Ay Şir, Qız və Tərəzi bürcləri fonunda yerini dəyişəcək, səhər və gecə saatlarında görünəcək. Fevralın 26-da saat 07:27-də Ay öz elliptik orbiti boyunca Yerdən ən uzaq məsafədən keçəcək və bu məsafə 405383 kilometr (orta məsafə 384400 kilometrdir) təşkil edəcək.

Günəş Dolça bürcü fonunda hərəkət edir. Aşağıdakı cədvəldə Günəşin həftə ərzində çıxma-batma vaxtı və digər məlumatlar verilir:

  

Tarix

Günəş çıxır

Günəş batır

Günün uzunluğu

Artım

Günorta vaxtı

22 fevral

07:26

18:23

10:57:29

+2:33

12:54

23 fevral

07:24

18:24

11:00:03

+2:34

12:54

24 fevral

07:23

18:26

11:02:37

+2:34

12:54

25 fevral

07:22

18:27

11:05:13

+2:35

12:54

26 fevral

07:20

18:28

11:07:48

+2:35

12:54

27 fevral

07:19

18:29

11:10:25

+2:36

12:53

28 fevral

07:17

18:30

11:13:02

+2:36

12:53

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.