MƏDƏNİYYƏT
Azərbaycanı Stokholmda “Miracle” adlı mahnı ilə Səmra Rəhimli təmsil edəcək
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycanı builki "Eurovision-2016" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin martın 10-da iclası keçirilib.
İctimai Televiziyadan AZƏRTAC-a bildirilib ki, toplantıda ölkəmizi "Eurovision 2016" mahnı müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyi müəyyənləşdirilib. O, müsabiqədə "Miracle" mahnısını ifa edəcək.
21 yaşlı ifaçı mayın 10-da baş tutacaq ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxacaq. Bir çox musiqi yarışmalarında iştirak edən ifaçı 2016-cı ilin mart ayında “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.
İfaçı və mahnı İctimai Televiziya tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]