Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

“Qarabağa yaz gələcək” devizi altında ordu ilə xalqın birlik bayramı keçirilib

Bakı, 12 mart, AZƏRTAC

Silahlı Qüvvələrdə Novruz bayramının keçirilməsi ilə bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, ilk teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qarabağa yaz gələcək” devizi altında təşkil olunan ordu ilə xalqın birlik bayramı yeni salınmış Xocavənd qəsəbəsində keçirilib.

Bayraq meydanına doğru hərəkət edən yürüş iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Bayraq meydanına toplaşan böyük izdiham Müdafiə Nazirliyi rəsmilərini, Milli Məclisin deputatlarını, Xocavənd uğrunda döyüşlərin iştirakçılarını, müharibə veteranlarını və əlillərini alqışlarla qarşılayıb.

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən tədbir ordu ilə xalqın monolit birliyinin nümayişi olmaqla yanaşı, həm də tamaşaçılara tezliklə Qarabağın azad olunacağı inamını aşılayıb.

Mərasimdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri “Azərbaycan fanfarası”nı ifa edib. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının, rayon Mədəniyyət və Turizm, Təhsil şöbələrinin birləşmiş özfəaliyyət kollektivlərinin, tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən teatrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimi böyük coşqu ilə qarşılanıb.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Novruz bayramı ərəfəsində kütləvi vətənpərvərlik tədbirinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, bu tədbirin xocavəndlilərə, cəbhə bölgəsində xidmət edən Azərbaycan əsgərinə gözəl Novruz töhfəsi olduğunu vurğulayıb. E.Hüseynov tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, deputatlar Elman Məmmədov, professor Xanhüseyn Kazımlı, birlik komandiri, polkovnik Mais Bərxudarov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və başqaları çıxış edərək Azərbaycan ordusunun güc və qüdrətindən, xalqın daim öz ordusuna arxa-dayaq olmasından və hər gün atəşkəs rejiminin pozulmasına baxmayaraq, Vətən müdafiəçilərinin xalqımızı xoş xəbərlərlə sevindirdiyindən qürur duyduqlarını bildiriblər.

Qeyd olunub ki, Xocavənd rayonu nəinki Azərbaycanın, habelə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azıx və Tağlar mağaraları, neçə-neçə arxeoloji və memarlıq abidələri, alban kilsələri, köhnə qəbiristanlıqlar, pirlər, ocaqlar zaman-zaman dünya səyyah və arxeoloqlarının diqqət mərkəzində olub. Keçmiş Sovet İttifaqı ərazisində ən qədim abidə Xocavənd rayonu ərazisində idi. Rayon 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılıb. Bu ad rayon ərazisindəki Qaranlıq dağından götürülüb. Lakin XIX əsrin sonlarında buraya köçürülmüş ermənilərin hesabına rayonda onların sayı çoxaldılıb, azərbaycanlılar sıxışdırılaraq doğma yurd yerlərindən zorla çıxarılıblar. Ermənilər burada məskunlaşdıqdan sonra rayon Nijni Qaranlıq, Cüməbazarı, Xonaşen, Martuni adlandırılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci ildə rayonun adı Xocavənd, yəni “Xocalı nəsli” kimi rəsmiləşdirilib.

Bildirilib ki ,1992-ci ilin oktyabrında Xocavənd rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunsa da, xocavəndlilər son gülləyə, son ana qədər vuruşub, 146 nəfər şəhid veriblər. Bundan başqa, 300-dən çox insan sağlamlığını itirib və ya əlil olub, 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Girov götürülmüş 110 dinc sakindən 49-u əsir və girovluqda erməni vəhşiliyinin qurbanı olub, bir ailədən 3 uşaq hər iki valideynini itirib. Azərbaycanlılar yaşayan 10 kənd tamamilə dağıdılaraq viran edilib. Lakin bütün bunlara baxmayaraq, xocavəndlilər ruhdan düşməyib, ümidləri qırılmayıb, Xocavəndə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. İndi Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusilə cəbhə bölgələrində neçə-neçə xocavəndli Vətən qarşısında əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər. Xocavəndlilər bu gün də ordumuzla birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar.

Vizual görüntülərlə müşayiət olunan ordu ilə xalqın birlik bayramında bir-birindən maraqlı ədəbi-musiqili kompozisiyalar, etnoqrafik lövhələr, ordu həyatından səhnələr canlandırılıb.

Bir qrup Qarabağ müharibəsi veteranı və hərbi qulluqçu Müdafiə Nazirliyinin hədiyyələri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin təsis etdiyi “Fədai” medalı ilə təltif olunub.

Tədbirin sonunda bütün iştirakçılar Azərbaycan Respublikasının dövlət himnini birlikdə ifa etməklə Heydər Əliyev ideyalarına, Vətənə, xalqa, dövlətə sadiq və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını bir daha bəyan ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib VİDEO

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

Sabah hava yağmursuz keçəcək - Proqnoz

Yevlaxda baş verən yol qəzasında dörd nəfər xəsarət alıb

“Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu” keçirilib

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik

Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Əliağa Vahid-130” adlı kitab sərgisi açılıb

Serbiyada milli bayram – Dövlətçilik Günü qeyd olunur

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

Azərbaycan nefti ucuzlaşıb

Misli Premyer Liqası: XXIII tura Sumqayıtda start veriləcək

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşların müraciətlərini dinləyib

İtaliyada “Amazon” şirkətinin fəaliyyəti yoxlanılır

Bəzi yanğından mühafizə müəssisələrinin lisenziyaları ləğv olunub

Yaşlılarda yıxılma riskinin proqnozlaşdırılması üçün sadə test tövsiyə olunur

Albaniyada Azərbaycanda yenidənqurma və bərpa işləri barədə kitab işıq üzü görüb

Kişi və qadınların stres reaksiyalarındakı fərqlərin səbəbi araşdırılıb - TƏDQİQAT

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Britaniya jurnalı Azərbaycan kəlağayısına həsr olunmuş məqalə dərc edib

Macarıstanın logistika mərkəzinə çevrilməsi planlaşdırılır

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

Riçard Almeyda Braziliya klubuna keçib

Malidə nazirin kortejinə hücum zamanı 4 polis yaralanıb

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

“Beynəlxalq Kitab Bağışlama Günü”ndə məktəblərə kitab hədiyyə edilib

Hakan Fidan və Marko Rubio Cənubi Qafqazda davamlı sülh üçün birgə səyləri müzakirə ediblər

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti İdman Akademiyasında təlim keçir

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində tam tərkibdə formalaşmamış bələdiyyə ilə bağlı MƏLUMAT

29 yanvar 2025-ci ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş bələdiyyə üzvlərinin SİYAHISI

Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər etibarsız hesab edilmiş bələdiyyələrin SİYAHISI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin SİYAHISI

29 yanvar 2025-ci il Səsvermənin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının PROTOKOLU

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub

Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub

Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib

Ağdam Sənaye Parkının 70 faizindən çox hissəsi sahibkarların istifadəsinə verilib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin ümumi yekunlarını elan edib  YENİLƏNİB

Ərdoğan: “Mən etdim, belə də olacaq” prinsipi regionda işə yaramayacaq

Sabah Afrika İttifaqının dövlət və hökumət başçılarının sammiti işə başlayacaq

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub

Yuxarı Mil kanalından 158 min kubmetrdən çox lil təmizlənib

61-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Kayum Nasırinin 200 illiyinə həsr edilən beynəlxalq elmi-praktik seminar keçirilib

Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini təbrik edib

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 67 minə yaxın müraciət olub

Milli Məclisin plenar iclasında 15 məsələ müzakirə olunub VİDEO

Bakıda Azərbaycan Maliyyə Forumu keçirilib - YENİLƏNİB

Azərbaycan cüdoçuları Bakıdakı "Böyük Dəbilqə" turnirinə 2 medalla başlayıblar

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Zati-aliləri cənab Əhməd əl-Şaraaya

Qazaxıstan və Çin nəqliyyat-logistika sahəsində əməkdaşlığı genişləndirirlər

Gədəbəydə avtomobil aşıb, xəsarət alanlar var

Elm və Təhsil Nazirliyi ilə AİB arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Ukraynalı ekspert: Donald Trampın Ukrayna və Rusiya prezidentləri ilə danışması sülh üçün müsbət mesajdır

Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə universitetləri ilə ortaq dəyərlərimizin təbliği istiqamətində əməkdaşlığa başlayır

“Müasir cəmiyyətdə və elmdə qadının rolu” mövzusunda elmi konfrans keçirilib

“İşıq” Gənclərin Karyera Planlaması düşərgəsi başa çatır

AQTİ-nin İdarə Heyətinin sədri: Ölkəmizdə heyvan xəstəliklərinə qarşı aparılan irimiqyaslı tədbirlər öz bəhrəsini verir

Pedaqoji Universitetdə Beynəlxalq Kitab Bağışlama Günü qeyd edilib

Daha 7 regionda ulduz kateqoriyalarını düzgün qeyd etməyən hotellərin reklamları söküləcək

Afaq Şıxlı: Süni intellekt köməkçi alət ola bilər, lakin yaradıcılıq və dərin məna həmişə insan qəlbindən süzülüb gələcək - MÜSAHİBƏ

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatı