SİYASƏT


İsveç mətbuatı: Erməni müğənninin qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı “Eurovision”a gətirməsi qanunsuz əməldir

Stokholm, 11 may, AZƏRTAC

Stokholmda keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı yarışmanın keçirildiyi məkana gətirərək Avropa Yayımları Birliyinin qaydalarını pozub. Bu pozuntuya görə araşdırma aparılacaq.

Bu barədə məlumatı İsveçin ən böyük gündəlik nəşrlərindən biri olan “Expressen” qəzeti baş səhifədə yayımlayıb.

Məlumatda deyilir ki, bir qədər əvvəl müsabiqənin təşkilatçıları tərəfindən qondarma “Dağlıq Qarabağ respublikası”nın da daxil olduğu separatçıların “bayrağı”nın konsert zalına gətirilməsini qadağan edən qərar verilib. Sonradan bu qərar ləğv edildi. Yalnız bir şərtlə ki, müsabiqəyə gətirilən bayraqlardan siyasi bəyanat məqsədilə istifadə olunmasın.

Qaydalara məhəl qoymayan erməni ifaçı qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı müsabiqə zalına gətirib. Lakin baş verən pozuntunu vaxtında görən müsabiqə təşkilatçıları lazimi tədbir görərək bayrağı erməni müğənninin əlindən alıb.

Hadisə ilə bağlı müsabiqənin prodüseri Sven Stojanovic jurnalistlərə bildirib ki, erməni ifaçının bu bayrağı zala gətirməsi qanunsuzdur və məsələ ilə bağlı Avropa Yayımları Birliyi araşdırma aparacaq.

Tədbirin meneceri Sietse Bakker öz növbəsində deyib: “Biz çox aydın şəkildə öz siyasətimizi ifadə etmişik, biz siyasi bəyanat ola biləcək bayraqları və ya münaqişəni təsvir edən rəmzləri mahnı müsabiqəsinin keçirildiyi məkanda görmək istəmirik”.

Sietse Bakker “Aftobladet” qəzetinə müsahibəsində bildirib ki, bayraq siyasi bəyanat vermək üçün istifadə edilib. Bu, artıq bir cinayət ola bilər

Məlumatlarda o da qeyd olunur ki, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.