ELM VƏ TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı filialı “Açıq qapı” günü keçirəcək
Bakı, 11 may, AZƏRTAC
Mayın 14-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında abituriyentlər üçün “Açıq qapı” günü keçiriləcək. Məqsəd abituriyentləri 2016-2017-ci tədris ilində bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanış etməkdir.
Tədbirdə MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların hazırlanması ilə bağlı ətraflı məlumat veriləcək. Qeyd edək ki, bu ildən filialda fizika fakültəsi fəaliyyətə başlayacaq.
“Açıq qapı” günü saat 14:00-da aşağıdakı ünvanda keçiriləcək:
Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında).
Əlaqə telefonları: (012) 510-96-08, (012) 598-93-32.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]
Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub
- 24.04.2024 [16:38]
Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub
- 24.04.2024 [16:16]
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
- 24.04.2024 [15:54]
Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]