Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Təyyarə fiaskosu: Sarkisyanın simasızlığının “göydə” təsdiqi

Təyyarə fiaskosu: Sarkisyanın simasızlığının “göydə” təsdiqi

Bakı, 20 may, AZƏRTAC

Ermənistan prezidenti Serj Sarkisyan Vyana görüşündən qayıdarkən təyyarədə erməni jurnalistlərinin suallarını cavablandırıb. Vəziyyəti aydınlaşdırmaq əvəzinə, o, özünü daha xoşagəlməz duruma salıb. Erməni lider, faktiki olaraq, indiyə qədər fasiləsiz yalan danışdığını, içində bir xainliyin və xofun olduğunu nümayiş etdirib. Hətta erməni ekspertlər onun bu xüsusiyyətlərini sübut edən faktlardan da yazıblar. S.Sarkisyanın ən böyük səhvlərindən biri isə Azərbaycan tərəfini "sözünə əməl etməməkdə", "etibarsızlıqda" ittiham etməsi olub. Aprel ayındakı "4 günlük müharibə"nin ağırlığı altında qaçıb Angela Merkelin ətəyinin altında gizlənən S.Sarkisyan təyyarədə bir "döyüşkən şirə" bənzəməyə çalışıb. Ancaq onun dediklərinin məntiqi və məzmunu şirlikdən yox, tülkülükdən xəbər verir. Çünki təyyarədə ifadə etdikləri ilə cəmi bir neçə həftə əvvəl, ayağı yerdə olarkən, İrəvanda İctimai Şura üzvlərinə dedikləri arasında ciddi fərqlər var. Aciz prezidentin özü də bilmir ki, dediklərinin hansı düzdür – azərbaycanlılar demişkən, "gah nala vurur, gah da mıxa"!

Separatçılıqdan siyasətə qədər: dəyişməyən mənəviyyatsızlıq kodları

Yalançı hər yerdə yalançıdır; istər yerdə olsun, istər göydə. Xainliyin və qorxaqlığın da konkret məkanı yoxdur – dünya genişdir. Haqsız olmaq isə daha acınacaqlıdır, çünki onun bu dünyada heç yeri yoxdur. Şərəfsizlik onu yerdə də, göydə də yaxalaya bilər. Serj Sarkisyan bu dəfə "göydə" – təyyarədə yalanı və xainliyi ilə yaxalandı. Bunu bir sıra erməni eksperti yazır (bax: məs., Акоп Бадалян. Где в Вене рассматривался вопрос территорий? / "Lragir.am", 18 may 2016 və Егиазар Айнтабци. Почему отступил Серж Саргсян / "1in.am", 18 may 2016).

Ermənistan prezidenti Vyana görüşündən sonra İrəvana qayıdarkən, təyyarədə erməni jurnalistlərə müsahibə verib. Guya dəyərli bir dövlətin layiqli başçısıdır. Ancaq onun təyyarədə dedikləri siyasi kimliyini bir daha ortaya qoydu. Ekspertlər S.Sarkisyanın danışdıqlarının yalan və əsassız olduğunu faktlarla sübut edirlər. Doğrudan da, bir siyasətçi üçün çox utandırıcı vəziyyətdir. Təsəvvür edin ki, erməni ekspert S.Sarkisyana sual edir ki, "təyyarədə dediklərinlə İrəvanda prezident iqamətgahında İctimai Şura üzvləri ilə görüşdə söylədiklərin uyğun gəlmir. Həqiqət haradadır?" (bax: Егиазар Айнтабци. Почему отступил Серж Саргсян / "1in.am", 18 may 2016).

Ekspert konkret misal göstərərək, yazır ki, bir neçə həftə əvvəl ölkənin birinci şəxsi İctimai Şura üzlərinə deyib ki, "biz qalib gəldik (aprel ayında Ermənistan ordusunun aldığı ağır zərbəni nəzərdə tutur – Newtimes.az) və bu qələbəni sona qədər davam etdirəcəyik" (bax: əvvəlki mənbəyə). Vyanadan qayıdarkən isə təyyarədə "qələbə" əvəzinə "silahlı qüvvələr qarşıya qoyulan vəzifəni yerinə yetirdi" ifadəsini işlədib.

Təbii ki, "qələbə" ilə qeyri-müəyyən "vəzifəni yerinə yetirmək" fərqli şeylərdir. Həm də ikinci fikir əsassızdır. Çünki birincisi, Azərbaycan Ordusu bir neçə strateji yüksəklik və kəndi azad edib. İkincisi, əgər erməni ordusu öz vəzifəsini yerinə yetirmişdisə, onda nəyə görə 3 yüksək vəzifəli general işindən qovuldu? Hansı səbəbdən S.Sarkisyan müharibədən dərhal sonra öz mövqelərini qoyub qaçan əsgərlərin cəzalandırılması haqqında tapşırıq verib? Dağlıq Qarabağdan qaçan erməniləri milis niyə zorla, hətta döyə-döyə geri qaytarırdı?

Bunlardan başqa, Ermənistan rəhbərliyi səfərbərlik elan edərək hansı səbəblərdən 60 yaşlı veteran "döyüşçüləri", qızları və Əsgəran çobanlarını orduya çağırmışdı? Əgər Ermənistan ordusu "qəhrəmanlığa qadirdirsə", nəyə görə Avropadakı təcrübəli qatil kimi tanınan erməni terrorçulardan qrup düzəldib, döyüş bölgəsinə atırdılar? Azərbaycan tərəfdən şanlı komandoslarımızdan başqa heç kimsə savaşa buraxılmadı.

Dünyanın bütün guşələrindən azərbaycanlı gənclər ölkə Prezidentindən müharibəyə göndərilmələrini xahiş etdilər. Lakin Azərbaycan artıq peşəkar və döyüş əməliyyatını özünün apara biləcəyi Orduya sahibdir. Ermənistan kimi ordan-burdan yığılan adamlara ehtiyacı yoxdur. Lazım gəlsə, səfərbərlik də peşəkar müharibə aparmağın qaydaları çərçivəsində həyata keçiriləcək.

Sarkisyanın "peşəkar döyüşçüləri": Əsgəran çobanları, ixtiyarlar və...qızlar

Serj Sarkisyanın "peşəkar döyüşçüləri" və komandosları kimlərdir – yuxarıda vurğuladığımız kimi, Əsgəran çobanları, qoca kişilər və bir də qızlar. KİV-də yayılan fotolardan görünür ki, yaşlı ermənilər güclə 5-10 kiloluq girləri beli əyilə-əyilə qaldırır. Bir şəkildə isə qoca erməni kişisi avtomatı kənara qoyub dərdli-dərdli düşünür. Yəqin, S.Sarkisyanı ürəyində söyüb, "bizi bu bataqlığa niyə saldın", – deyə fəryad edir.

Ekspertlər S.Sarkisyandan onu da soruşurlar ki, İrəvanda qələbədən danışırsan, Vyanada isə deyirsən ki, "Azərbaycan 800 hektar torpaq sahəsini aprel müharibəsində geri qaytarıb" (bax: Акоп Бадалян. Где в Вене рассматривался вопрос территорий? / "Lragir.am", 18 may 2016). Deməli, bu Qarabağ separatçısı yalan danışır.

Erməni ekspertlər sırasında bütün bunları ümumiləşdirərək, rəsmi İrəvanın məzmunca "kəndçi siyasəti", yəni peşəkarlıqdan, məntiqdən, sistemlilikdən uzaq bəsit siyasət apardığını açıq yazanlar var. Məsələn, erməni analitik İqor Muradyan yazır: "Ermənistan siyasətində kəndçi stili hələ kommunistlərin zamanından başlamışdı və L.Ter-Petrosyan rejimi tərəfindən də təsdiq olundu (oxu: davam etdirildi – Newtimes.az). Sonra hakimiyyətə "klassik" kəndçilik gəldi ki, bu da Ermənistanı birdəfəlik dalana saldı" (bax: Игорь Мурадян. Где провален Русский проект / "Lragir.am", 17 may 2016).

Bizcə, maraqlı qiymətləndirmədir. S.Sarkisyanın təyyarədə danışdıqları da məhz "klassik" kəndçi siyasətinin bariz nümunəsidir. Söylədikləri yalanlarla yanaşı, münaqişənin gedişatı ilə bağlı ifadə etdiyi böhtan fikirlər də bu aspektdə "klassik kəndçi siyasəti" kontekstinə tam uyğundur. Belə ki, qeyri-ardıcıl, məntiqsiz, əvvəl söylədiklərini təkzib edib, qarşı tərəfi "verdiyi sözə əməl etməməkdə" ittiham etməyin başqa anlamı yoxudur.

Azərbaycan rəhbəri hansı sözünə əməl etməyib? Prezident həmişə deyib ki, "İrəvan tarixi Azərbaycan torpağıdır", "təcavüzkar Ermənistan işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır", "torpaqlar azad edilib, məcburi köçkünlər öz evlərinə qayıdandan sonra biz Ermənistanla münasibətlərə yenidən baxa bilərik", "Ermənistanın hər bir hərbi təxribatına layiqincə cavab veriləcək"! İlham Əliyev bunların hansına əməl etməyib? Hamısına dəqiqliklə əməl edir. Azərbaycan tərəfi atəşkəs rejiminin bütün şərtlərini gözləyir, lakin düşmənin həyasız aqressivliyini də cavabsız buraxmır.

S.Sarkisyan düşünür ki, dinc azərbaycanlılara "Qrad" atmaq olar, topların atəşi altına salmaq mümkündür, iriçaplı silahlardan onları qətlə yetirmək "atəşkəs rejiminin şərtlərinə uyğundur", ancaq Azərbaycan Ordusunun bütün bu yaramazlıqlara, insanlıq anlayışından kənarda olan həyasızlığa cavab verməsi "sözünə əməl etməməkdir"? Hər şeyin bu dünyada bir həddi var, ancaq, deyəsən, ermənilərin ağaları onları tamamilə normal insan psixologiyasından uzaqlaşdırıblar. Əgər bir dövlətin başçısı bu cür səviyyəsiz və ən əsası, ədalətsizcəsinə yalan danışırsa, onda onun rəhbərlik etdiyi ölkənin cəhənnəmə çevrilməsi günü uzaqda deyil. Allah götürməz!

Təsəvvür edin ki, keçən əsrin 90-cı illərində kənar qüvvələrin birbaşa yardımı ilə, müharibənin qanunlarına əməl etmədən, qaçaq-quldur, terrorçu üsulu ilə Xocalıda, Şuşada, Ağdamda, Füzulidə və başqa bölgələrimizdə qətliam törədib, torpaq işğal edəsən, sonra da ona "vətən torpağı" adını qoyasan! Üstəlik, o torpaqların əsl sahibləri onları azad etmək üçün savaşa atılanda, onları "aqressor" adlandırasan və özünü elə aparasan ki, guya həmin torpaqlardan alver üçün istifadə etmək olar – "status əvəzinə torpaqların bir qisminin qaytarılması" kimi əsassız formul təklif edəsən.

S.Sarkisyanın Vyanadan qayıdarkən, təyyarədə söylədiklərindən bu iyrəncliklər yağırdı. Ancaq onu və tərəfdarlarını artıq heç nə və heç kimsə xilas edə bilməyəcək. S.Sarkisyan gec və ya tez ədalət mühakiməsi qarşısında dayanacaq. Ancaq o zaman hətta havadarlarının belə Serj Sarkisyanı "Homo sapiens" adlandıracaqlarına ciddi şübhələr vardır.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar