ELM VƏ TƏHSİL


Abdulla Bərqi Xoyinin yeni şeirləri əldə edilib

Bakı, 26 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Almaniyada yaşayan soydaşımız Məhəmmədəli Hüseyninin köməyi ilə, adı indiyədək ədəbiyyat tariximizə düşməmiş Abdulla Bərqi Xoyinin seirlərinin surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, şairin Tehranın Məclise-Şuraye-İslami Kitabxanasında saxlanan farsca əlyazma divanına daxil edilmiş azərbaycanca şeirləri böyük maraq doğurur. Bu əsərlər lirik-aşiqanə mövzulu qəzəllərdən və növhələrdən ibarətdir. Təzkirələrin verdiyi məlumatlardan və şeirlərindən Bərqinin istedadlı, səmimi şair olduğu görünür.

P.Kərimovun sözlərinə görə, XIX əsr ədəbiyyat tariximiz yazılanda Abdulla Bərqi Xoyinin irsi də nəzərə alınmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.