SİYASƏT
Viktor Sadovniçi: Azərbaycanın fəxr ediləsi dəyərləri çoxdur
Moskva, 29 may, AZƏRTAC
Sizi Respublika Günü münasibətilə təbrik edirəm! Bu, çox güclü bir xalqın əlamətdar bayramıdır! Bu sözləri Moskva Dövlət Universitetinin (MDU) rektoru Viktor Sadovniçi AZƏRTAC-a müsahibəsində söyləyib.
Rusiya və Azərbaycan alimlərini sıx tarixi əlaqələrin bağladığını bildirən rusiyalı alim deyib: “Mən elmdə öz yolumuzu bir yerdə seçdiyimiz dostlarımı, institutda, aspiranturada oxuduğumuz illəri xatırlayıram. Sonralar alim, elmlər doktoru, akademik olduq. Deməliyəm ki, azərbaycanlılar istedadlı xalqdır”.
MDU-nun Bakı filialının universitetin ən güclü filiallarından biri olduğunu vurğulayan V.Sadovniçi deyib: “Yeni planlarımız var. Bu ilin sentyabrında Bakı filialında fizika fakültəsi açmağı nəzərdə tutmuşuq”.
Fəridə Abduyllayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva