ELM VƏ TƏHSİL


ADİU-da “Thomson Reuters” Agentliyinin nümayəndəliyi açılacaq

Bakı, 9 iyun, AZƏRTAC

“Thomson Reuters” Agentliyinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olublar.

ADİU-dan AZƏRTAC-a bildirilib ki, agentliyin nümayəndələri universitetin elm şöbəsinin müdiri, professor Zahid Məmmədovla görüşdə “Web of Science” proqramı çərçivəsində təlimlərin keçirilməsini təklif ediblər. Təlimlərin məqsədi “Thomson Reuters”in informasiya resurslarından istifadə, bu sahədə mütəxəssislərin hazırlanması, müəllimlərin beynəlxalq elmi ictimaiyyətə təqdim edilmələri və onların xaricdə tanınmalarına dəstək göstərməkdir.

Görüşdə proqram çərçivəsində ADİU-da “Thomson Reuters”in nümayəndəliyinin açılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.