İDMAN


Qadın güləşçilər Polşada, yunan-Roma güləşçiləri isə Rumıniyada yarışacaq

Bakı, 16 iyun, AZƏRTAC 

Rumıniyanın paytaxtı Buxarestdə İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Turnirdə yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının 3 üzvü mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnir iyunun 18-də start götürəcək və 2 gün davam edəcək.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Buxarestə Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) yollanıblar.

Turnirin proqramına əsasən, hər üç güləşçimiz iyunun 18-də xalça üzərinə çıxacaq.

Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlığı başa vuran qadın güləşçilərimiz isə Polşanın Spala şəhərinə yola düşüb. Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) “Poland Open” XX beynəlxalq turnirində qüvvələrini sınayacaqlar.

İyunun 18-də 48, 55, 60, 69, bir gün sonra isə 53, 58, 63, 75 kiloqram çəki dərəcəsində güləşçilər yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.