İDMAN


Qadın güləşçilərimiz Polşada uğurla çıxış ediblər

Bakı, 20 iyun, AZƏRTAC 

Polşanın Spala şəhərində qadın güləşi üzrə “Poland Open” XX beynəlxalq turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) iştirak ediblər.

Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.

Turnirdə 48 kiloqram çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib.

Bürünc medalları isə yığmamıza Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.