96 saylı Goranboy – Naftalan seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
AzerTAg.az
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü, 30-cu və 169-cu maddələrinə uyğun olaraq qərara alır :
1. 96 saylı Goranboy – Naftalan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Həziquliyev Siyavuş Sevindik oğlunun səlahiyyətlərinə 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yekunları müəyyən edilənədək müvəqqəti xitam verilsin.
2. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin yekunları müəyyən edilənədək Nəbiyev Taqlıb Sədi oğlu müvəqqəti olaraq 96 saylı Goranboy – Naftalan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Xəbərin mətnində orfoqrafik səhv var