Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Visions of Azerbaijan”: Xüsusi missiyalı multikultural insan

“Visions of Azerbaijan”: Xüsusi missiyalı multikultural insan

 

Bakı, 1 avqust, AZƏRTAC

“Visions of Azerbaijan” jurnalında nəşrin redaktoru Yan Peartın İsrailin beynəlxalq münasibətlər sahəsində tanınmış eksperti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin başçısı Arye Qutun fəaliyyəti haqqında “Xüsusi missiyalı multikultural insan” sərlövhəli məqaləsi dərc olunub.

Məqalə müəllifi yazır: “Arye Qut Azərbaycanla bağlı mövzularda, məsələn, Ermənistanın təcavüzündən və onun nəticələrindən yazan ən fədakar və tanınmış müəlliflərdən biridir. Bəs İsrail Dövlətinin tanınmış vətəndaşında müsəlman ölkəsinə belə gözəl münasibət haradan qaynaqlanır. Ağla gələn ilk cavab bu ola bilər ki, o, öz mənfəətini güdür. Amma buna eyham vuranlara A.Qut gülə-gülə belə cavab verir: “Evim də var, yetərincə yaxşı məvacibim, hətta iki maşınım da, Azərbaycana da hədsiz böyük məhəbbətim var!”.

Arye Qutun Azərbaycana məhəbbətinin öz tarixçəsinin olduğunu vurğulayan Yan Peart yazır: “Arye Qut təxminən 40 il bundan əvvəl Bakıda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib və burada dərs deyib. 2000-ci ildə İsrailə köçüb. Onun öz evi var. Ailəlidir. Həyat yoldaşı tibb meneceri işləyir. Özü yüksək texnologiyalar sahəsində layihə meneceridir.

Əslən Azərbaycandan olan yəhudilərlə digər mühacirlər arasında böyük fərq olduğunu diqqətə çatdıran A.Qut deyir: “İsraildə müxtəlif ölkələrdən yəhudilər yaşayırlar. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatı kimidir. Amma Azərbaycandan olan yəhudilər, demək olar, həmişə Vətənə məhəbbətdən danışırlar. Başqa mühacirlər gəldikləri ölkələri çox nadir hallarda xatırlayırlar, praktiki olaraq, yada salmaq istəmirlər. Ancaq Azərbaycan yəhudiləri, demək olar, həmişə Bakıdan danışır və onu xatırlayırlar. Bilirsinizmi, XX əsrin 60-70-ci illərində Sovet İttifaqında Bakı çox multikultural və beynəlmiləl şəhər olub. Burada azərbaycanlılar, ermənilər, yəhudilər və ruslar dinc yanaşı yaşayıblar. Yadımdadır ki, insanların çoxu kimin hansı millətin nümayəndəsi olmasını nəinki bilmir, hətta bununla maraqlanmırdı. Ermənilər burada çox yaxşı yaşayırdılar, praktiki olaraq, bütün dövlət qurumlarında, həyatın bütün sahələrində, Sovet hakimiyyətinin bütün eşelonlarında təmsil olunmuşdular”.

Arye Qut qürur hissi ilə vurğulayır: “Mən israilliyəm, İsraili sevirəm, yəhudi xalqını sevirəm, amma eyni zamanda öz Vətənim Azərbaycanı və Azərbaycan xalqını sevirəm. Mən Azərbaycan torpağını sevirəm, çünki atam burada doğulub, burada boya-başa çatıb. İstedadlı və parlaq televiziya rejissoru karyerasını burada qurub. Anam Ukraynada anadan olub. XX əsrin 60-cı illərinin sonunda Ukraynada antisemitizm amili üzündən universitetə daxil olması ilə bağlı çətinliklər yaranıb. O, Bakıya gəlib, çünki burada yaşayan xalası onu inandırıb ki, Bakıda hər şey yaxşı olacaq. Azərbaycanlılar xeyirxah, qonaqpərvər və qayğıkeş xalqdır və başqa xalqların nümayəndələri kimi yəhudilər də özlərini burada çox yaxşı hiss edirlər. Anam universitetə daxil olub. Sonra məhz Bakıda atamla qarşılaşıb və onlar ailə qurublar. Burada anamın heç bir milli problemi olmayıb, çünki burada yaşayan bütün xalqlar kimi yəhudi xalqı da həmişə Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olub.

Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) səhiyyə naziri Yevsey Gindes adlı yəhudi olub. AXC-də Mərkəzi Bankın direktoru da yəhudi xalqının nümayəndəsi - Mark Mixayloviç Aberquz olub. Bu, görünməmiş hadisə idi və 1918-ci ildə bunu təsəvvürə gətirmək mümkün deyildi. Mən bu tarixi faktla fəxr edirəm”.

Yan Peart yazır: “Arye Qut ilə cəmi iki dəqiqəlik söhbət təsdiq edir ki, bu şəxsiyyətin həyatda öz xüsusi missiyası var. Bu missiya əzmin və səylərin köməyi ilə hərəkətə gətirilir ki, Azərbaycan haqqında həqiqət dünyaya aydın və məlum olsun. Arye Akko şəhərinin Azərbaycandan olan dağ yəhudi icması ilə fəal və sıx çalışır. Şəhərin 45 min əhalisinin 14 mini əslən Azərbaycandandır.

A.Qut qeyd edir: “Mənim yolum Azərbaycanı akademik səviyyədə təbliğ etmək və önə çəkməkdir. Bu, İsrailin kütləvi informasiya vasitələri ilə həm sıx əməkdaşlıq, həm də tərəfdaşlıq deməkdir. Mən Amerikanın yəhudi mətbuatında, İsraildə çıxan “Haaretz” və “Jerusalem Post” qəzetlərində tez-tez məqalələr dərc etdirirəm... Azərbaycanda yəhudi icması ilə münasibətlər çox yaxşıdır. Burada həm dağ yəhudiləri, həm də Avropa (aşkenazi) yəhudiləri yaşayırlar... Mən Avropa yəhudisiyəm, lakin dağ yəhudiləri ilə yaxşı münasibətlərim var. Bir neçə gün əvvəl Şəhidlər xiyabanında Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun məzarını ziyarət etdim. O, Azərbaycan ilə İsrail arasında, Azərbaycan ilə yəhudi xalqları arasında dostluğun rəmzidir... Azərbaycan cəmiyyətinin bütün səviyyələrində xalqlar arasında belə gözəl münasibətlər müşahidə etmək olar”.

Akko şəhərindəki fəaliyyətindən danışan Arye Qut qeyd edir ki, hazırda bu şəhərdə Azərbaycan Evinin yaradılması planı gündəmdədir. O deyir: “Bu ideyanı dostumuz, Akko şəhərinin meri Şimon Lankri təklif edib. O, Azərbaycanda səfərdə olub. Biz Qubaya – Azərbaycan və yəhudi xalqları arasında yaxşı münasibətlərin və dostluğun daha bir rəmzi olan Qırmızı Qəsəbəyə getmişik. Biz Azərbaycan Evi nəzdində Azərbaycan Tarixi Muzeyi yaratmaq, Xocalı soyqırımına və Albert Aqarunova həsr olunmuş daimi ekspozisiya təşkil etmək istəyirik. Təklif etmişəm ki, Azərbaycan Evinin yerləşəcəyi küçəyə Albert Aqarunovun adı verilsin”.

Məqalə müəllifi yazır ki, qanlı Xocalı soyqırımı aktının ağrı-acısı Arye Qutun qəlbini daim göynədir. O, sağ qalan şahidlərlə bir neçə dəfə görüşüb və dünya orada baş verənləri qəbul etməyincə və ədalət zəfər çalmayınca rahatlıq tapmayacaq. İsrailli ekspert deyir: “Mənim üçün Xocalıda qanlı qırğın təkcə Azərbaycan xalqının ağrı-acısı deyildir... Yadımdadır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan «Justice for Khojaly» aksiyasını ilk dəfə İsraildə geniş səviyyədə keçirməyə başlayanda Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva bizə çox kömək etdi. Ona zəng edib dedim ki, məndə Xocalı barədə ingilis dilində heç bir informasiya yoxdur və kömək istədim. O, kömək etdi və biz iki dəfə İsraildə Xocalıda dəhşətli qanlı qırğına həsr olunmuş iri tədbirlər keçirdik. Biz bu məsələ ilə əlaqədar daim alimlər və kütləvi informasiya vasitələri ilə işləməliyik. Burada variantlar çoxdur. Məsələn, Dürdanə Ağayevanın taleyini götürək. Gənc qız səkkiz gün dəhşətli erməni əsirliyində olub. O, Kaliforniyaya gedib. Amerikalı yəhudilər onu mehribanlıqla qəbul ediblər. O, sinaqoqda çıxış edib, Xocalıdan danışıb, öz taleyindən və ermənilərin ələ keçirdikləri girovların taleyindən danışıb. Odur ki, təkcə elmi dairələr və kütləvi informasiya vasitələri ilə məhdudlaşmaq olmaz”.

Arye Qutla söhbətim zamanı mənə aydın oldu ki, o, daim yeni ideyalar irəli sürür. Aydın məsələdir, axı o, yaradıcı ailədəndir. Arye deyir: “Atam 35 il ərzində Azərbaycan televiziyasının ictimai-siyasi proqramlar redaksiyasının aparıcı rejissoru olub. Hazırda İsraildə mənim yanımda yaşayır. Səkkiz ay əvvəl ona dedim: “Ata, biz Xocalı haqqında roman yaza bilərik”. Qanlı qırğından iki ay əvvəl atam Xocalıda olub. Atam düşündü və biz Xocalı haqqında roman yazmaq qərarına gəldik. Bu, İsrail nöqteyi-nəzərindən Xocalı haqqında həqiqət olacaq... Atam Azərbaycanda tanınmış sənədli film rejissorlarından biri olub. Bakıda çox yaraşıqlı Xalça Muzeyinə getsəniz, atamın Lətif Kərimov haqqında çəkdiyi sənədli filmə tamaşa edə bilərsiniz. Yadımdadır, sənədli filmin çəkilişləri zamanı bir neçə dəfə böyük ustadın evində olmuşam”.

Arye Qut mənə atası birgə yazdığı romanın maraqlı məqamlarından söhbət açıb. Bu, ölkənin və onun yəhudi icmasının ən müasir elementlərinin yer aldığı həyat hekayəsidir. Y.Peart fikrini belə yekunlaşdırıb: “Oxucular bilməlidirlər ki, bu, Azərbaycan haqqında həqiqəti dünyaya böyük həvəs və səylə çatdırmağa çalışan Aryenin sonuncu layihəsi deyildir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıt şəhərinin Tarixi Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır

Qurban Qurbanov: “Bayer”lə oyun "Qarabağ" üçün böyük təcrübədir

Milli Məclisin sədri Qətər Dövlətinin Şura Məclisinin sədr müavini ilə görüşüb

Xocalı soyqırımı qan yaddaşımızdır

Emin Əmrullayev Beyləqanda təmir edilən məktəbdə olub

Bakıda Küveytin Milli Günü qeyd olunub

Azərbaycan Texniki Universitetinin 2024-cü il üçün prioritet istiqamətlər üzrə Fəaliyyət Planı təsdiqlənib

Almaniyanın məşhur şirkətinin əməkdaşları AzTU-da seminar keçirib

Səfir: Küveytdən Azərbaycana turist axını sürətlə artıb

AzTU SAP Universitetlər Alyansına üzv oldu

Naxçıvanda "Aqrar könüllülük" proqramına start verilib

Səfir: Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə sıx əməkdaşlıq mövcuddur

Milli Məclisin sədri Maldiv Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşüb

UNEC-in Zaqatala filialının tələbələri Xocalı faciəsi qurbanlarının xatirəsini yad ediblər

Maliyyə Monitorinqi Xidməti 15 illiyini qeyd edir

Rusiya XİN: Moskva KTMT-də iştirakının dondurulması ilə bağlı Ermənistandan əsaslandırıcı izahat gözləyir

Prezidentin səlahiyyətli nümayəndəsi Hərbi Hava və Hava Hücumundan Müdafiə birləşmə və hissələrində olub

Bakıda "Ənənəvi yapon qılınc döyüşü performansı” tədbiri keçirilib

Yalçın Rəfiyev: Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

Xəzər dənizində zəlzələ olub

Balakəndə “Külə dönmüş arzular” tamaşası nümayiş olunub

Fransanın yürütdüyü siyasət sülh və təhlükəsizliyə qarşı zərbədir

ÜST: Avropa regionunda 1,2 milyon uşaq təcili peyvəndlənməlidir

Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Keniyanın Baş prokuroru "ASAN xidmət"də

Milli Kitabxanada Əli bəy Hüseynzadəyə həsr olunan kitab sərgisi açılıb

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Fikrət Məmmədov kollektivə təqdim edilib

Xocalı dəhşətini heç zaman unutmayacağıq

Ağdaş və İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər

Mateo Vituari: Azərbaycan ilə İtaliya universitetləri və şirkətlərinin sıx əməkdaşlığını müşahidə edirik

® “Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçiriləcək VİDEO

Riyaziyyat və Mexanika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

Muzey Mərkəzi bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunmuş konsert-portret layihəsini təqdim edir

Premyer Liqa: “Kəpəz” vacib qələbə qazanıb

Qisasımız qiyamətə, torpaqlarımız mənfurlara qalmadı...

Tanınmış məşqçi Azərbaycan şahmatçıları ilə işləyəcək

Biləsuvarda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Ağabəy Azərbaycani: Yetmişillik tibb təcrübəmi azad edilmiş ərazilərin sakinlərinə də tətbiq etmək istəyirəm

Xocalı soyqırımı qurbanlarının xatirəsi Varşavada da anılıb

“Düşünən şagird” müsabiqəsinin qalibləri mükafatlandırılıb

® Dünyaşöhrətli rol model Angela Pearl “Millionaire Concept Network” tərəfindən “Gold Member” seçildi

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb YENİLƏNİB

Biznes subyektlərinin nümayəndələri üçün məlumatlandırma görüşü keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə və 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Aparatının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi stimullaşdırılması məqsədilə Aparatın hesabına köçürülən büdcədənkənar vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 mart tarixli 86 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ombudsman: Aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin izlərini üzə çıxarır

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Yüksək tribunalardan “humanizm” və “demokratiya”dan danışan Fransanın siyasətinin əsasında neokolonializm dayanır - ŞƏRH

Yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi start götürüb

Su çərşənbəsində bu ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

“MathCamp 2024” yaz düşərgəsinin növbəti mövsümünə start verilir

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin mart ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ədəbiyyat Muzeyində akademik Həmid Araslıya həsr olunan elmi sessiya

“Qarabağ”ın prezidenti: Avropanı təəccübləndirməyə çalışacağıq

Azərbaycan millisinin kapitanı: Bəzi komandalar "Qarabağ"dan çox şey öyrənməlidir

SOMDA-nın regional idarələrinin hərbi qulluqçuları qanvermə aksiyasında iştirak edib

Elm və təhsil naziri Beyləqanda vətəndaşlarla görüşüb

Nazir Məcnun Məmmədov Bərdədə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Türkiyənin “Bayraktar Akıncı” PUA-larının alınması ilə bağlı doqquz ölkə müqavilə bağlayıb

Tbilisidəki Cümə məscidində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ov mövsümü başa çatır

Tailandın Kralı Maha Vaçiralonqkorndan

Peyvəndləmə qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur

® Azərbaycan Transxəzər marşrutu üzrə ən önəmli qovşaqlardan biri kimi müstəsna rola malikdir

“Neftçi”nin beş futbolçusu “Turan Tovuz”la matçı buraxacaq

Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Tailand Krallığının Baş naziri Settxa Txavisindən

AQTİ mütəxəssisləri xaricdə fəaliyyət göstərən qida obyektlərinin qiymətləndirilməsini davam etdirir

Tallində Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO

Türkiyəni yanvarda 2 milyondan çox əcnəbi turist ziyarət edib

Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs məsuliyyətə cəlb olunub

Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq

“Dirçəliş” komandası “Breyn-rinq” intellektual oyununda iştirak edəcək

Mahmud Qurbanov: “Qarabağ”ın “Bayer”lə budəfəki dueldən qalib ayrılacağına inanıram

Dövlət Teatr Muzeyində tədbir: “Xocalıdan danış mənə!”

Polşalı nazir müavini: Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyası yüksək səviyyədədir

Aİ-nin çirkli pulların yuyulması ilə mübarizə bürosu Frankfurtda yerləşəcək

AzMİU tələbələri Qərbi Azərbaycanın 142 abidəsi ilə bağlı araşdırmalarda iştirak ediblər

BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib

Aİ-nin yeni sanksiyalar paketinə Türkiyə və Qazaxıstan şirkətləri də daxildir

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planı təsdiq edilib

Sloveniya Respublikasının Lyublyana şəhərinin meri Zoran Yankoviçdən

BDU-da “Sazlı-sözlü kəlağayı günləri”

® “Ziraat Bank Azərbaycan” “Beynəlxalq Aqro Biznes Forum-2024” tədbirinin sponsoru və iştirakçısı olub

AMADA-nın icraçı direktoru: Bölgələrdə dopinqlə bağlı xüsusi maarifləndirici işlər aparılacaq

Ucarda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı qəbulu keçirilib

“Aztelekom” gəlirlərini ölkədə yüksəksürətli internet şəbəkəsinin qurulmasına sərf edib

Cəlilabadda nəqliyyat vasitəsini narkotikin təsiri altında idarə edən sürücülər saxlanılıb

Azərbaycan-Ermənistan sülh danışıqları fonunda Fransa bölgədəki vəziyyəti qəsdən gərginləşdirir - Politoloq

ATGTİ-nin Baş katibi: Biz gənclər Xocalı faciəsini unutdurmamalıyıq

İKTA tərəfindən uçota alınan internet provayderlərin sayı artıb

UNEC-də iqtisadçı tələbələrin Milli Prioritetlərə həsr olunan I Şəbəkələşmə Forumu keçirilib

Şagirdlərlə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil edilib