Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli Heydər Əlirza oğlu!

80 illik yubileyiniz münasibətilə ən səmimi və ürəkdən gələn təbriklərimizi qəbul edin!

Bütün dünyada olduğu kimi, Rusiyada da Sizi dünya miqyaslı görkəmli dövlət xadimi və siyasi xadim kimi tanıyırlar. Ötən əsrin 60-80-ci illərində sovet Azərbaycanının sosial-iqtisadi və mədəni tərəqqi sahəsindəki uğurları, dost Azərbaycan Respublikasının dirçəlişi və müstəqilliyinin möhkəmlənməsi Sizin adınızla bağlıdır. Əsasən Sizin – dövlət xadiminin təcrübəsi, həyatın ən ağır sınaqlarından çıxmış insanın müdrikliyi, əməksevərliyi və dəyanəti sayəsində dost Azərbaycan Respublikası 21-ci əsrə sabit, nüfuzlu, beynəlxalq və regional aləmdə öz mövqelərini ildən-ilə möhkəmləndirən dövlət kimi qədəm qoymuşdur.

Lakin Sizin güclü intellektiniz, siyasətçi və təşkilatçı istedadınız, qurub-yaradan insanın tükənməz enerjisi heç də təkcə Azərbaycan xalqına məxsus deyildir. Bu keyfiyyətlər qüdrətinin və əzəmətinin möhkəmlənməsinə ömrünüzün ən yaxşı illərini həsr etdiyiniz Sovet İttifaqının və sovet Rusiyasının şanlı tarixinin də bir hissəsi olmuşdur.

Möhtərəm Heydər Əlirza oğlu, Rusiya-Azərbaycan münasibətlərinin əsl dirçəlişi, bu münasibətlərin qarşılıqlı hörmət, qardaşcasına qarşılıqlı fəaliyyət və əməkdaşlıq ab-havası ilə dolğunlaşması Sizin adınızla bağlıdır. Biz əminik ki, müstəqil Azərbaycanın başçısı vəzifəsində bundan sonrakı fəaliyyətiniz ölkələrimiz və xalqlarımız arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Fürsət düşmüşkən, Sizi Qələbə günü münasibətilə də təbrik edirik. Rusiya bilir və xatırlayır ki, Azərbaycanın oğul və qızları müharibənin bütün cəbhələrində mərdliklə vuruşmuşlar. Azərbaycandan cəbhəyə 600 mindən çox adam getmişdir.Onların yarıdan çoxu döyüşlərdə həlak olmuşdur. Azərbaycanda təşkil edilmiş 77, 223, 296, 402, 416-cı və digər atıcı diviziyalar öz bayraqlarını əbədi şöhrətləndirmişlər. Xəzər Hərbi Donanmasının dənizçiləri rəşadətlə vuruşmuşlar, bir çox azərbaycanlılar düşmənlə partizan dəstələrində mübarizə aparmış, Avropa xalqlarının faşizmə qarşı müqavimət hərəkatında fəal iştirak etmişlər. Marşal G.K.Jukov müharibə illərində Azərbaycan zəhmətkeşlərinin, ilk növbədə, Bakı neftçilərinin xidmətlərini yüksək qiymətləndirərək yazırdı: “Bakı neftçiləri Vətənin müdafiəsi üçün və düşmən üzərində tezliklə qələbə qazanılması üçün cəbhəyə və ölkəyə nə qədər lazım idisə, o qədər yanacaq verirdilər”.

400 mindən çox azərbaycanlı döyüşçü qəhrəmanlığa görə orden və medallara, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 34 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Onların hünəri sovet xalqının Böyük Vətən müharibəsində qələbəsinin salnaməsinə həmişəlik yazılmışdır.

Hörmətli Heydər Əlirza oğlu, şanlı yubileyiniz və Qələbə günü münasibətilə Sizə, doğma və yaxın adamlarınıza səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq arzulayırıq. Qoy dost Azərbaycanın Prezidenti vəzifəsində Sizin fəaliyyətiniz Azərbaycanın daha yaxşı gələcəyi, qardaş Azərbaycan xalqının tərəqqisi, firavanlığı və əmin-amanlığı, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluğun və strateji əməkdaşlığın daha da möhkəmlənməsi naminə yeni parlaq nailiyyətlərlə əlamətdar olsun.

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı

səfirliyində Rusiya sərkərdələrinin, dövlət və ictimai

xadimlərinin Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyevin 80 illiyinə və Qələbə gününə həsr

olunmuş ənənəvi görüşünün iştirakçıları tərəfindən

yekdilliklə qəbul edilmişdir.

ABDULATİPOV Ramazan Hacımuradoviç – RF Federal Məclisi Federasiya Şurasının üzvü, Rusiya Xalqları Assambleyasının sədri

ƏLİYEV Məmmədbağır Cavad oğlu – RF Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti

ANODİNA Tatyana Qriqoryevna – Dövlətlərarası Aviasiya Komitəsinin sədri, general-mayor

BAQLAY Marat Viktoroviç – RF Konstitusiya Məhkəməsinin hakimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü

BALMONT Boris Vladimiroviç – Sosialist Əməyi Qəhrəmanı, keçmiş SSRİ-nin ümumi maşınqayırma naziri, Lenin və Dövlət mükafatları laureatı

BARYAYEV Yevgeni Vasilyeviç – Rusiya DİN daxili qoşunları Moskva dairəsi qoşunlarının komandanı

BASKOV Nikolay Vasilyeviç – müğənni, RF əməkdar artisti

BAYBAKOV Nikolay Konstantinoviç – Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı

BRONŞTEYN Aleksandr Semyonoviç – Endocərrahiyyə və Litotripsiya Mərkəzinin direktoru

BELZA Svyatoslav İqoreviç – musiqişünas, RF əməkdar incəsənət xadimi, Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü

VASİLYEV Vladimir Abduəliyeviç – stats-sekretar, RF daxili işlər nazirinin müavini, general-polkovnik

VAÇNADZE Vaxtanq Dmitriyeviç – RF Kosmik Raket Elmi və Texnikası Veteranları Assosiasiyasının prezidenti, general-leytenant

VERYOVKİN-RAXALSKİ Vladimir Nikolayeviç – general-polkovnik, Böyük Vətən Müharibəsi Veteranları Komitəsi sədrinin birinci müavini

VİDYAPİN Vitali İvanoviç – G.V.Plexanov adına Rusiya İqtisad Akademiyasının prezidenti

VOYKO Yevgeni Mixayloviç – istefada olan general-mayor

QAREYEV Mahmud Əhmədoviç – ordu generalı, Hərbi Elmlər Akademiyasının prezidenti

HƏSƏNOV Yaşar Kərim oğlu – N.Burdenko adına Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutu direktorunun müavini

QORELOVSKİ İvan İvanoviç – RF Xarici Kəşfiyyat Xidməti direktorunun müavini, general-polkovnik

QRIZLOV Boris Vyaçeslavoviç – RF daxili işlər naziri

QUDEV Vladimir Viktoroviç – RF XİN-in 4-cü MDB Ölkələri Departamentinin direktoru

DAVIDOV Mixail İvanoviç – N.Bloxin adına Rusiya Onkoloji Elm Mərkəzinin direktoru, akademik

İVANOV İqor Sergeyeviç – RF xarici işlər naziri

İOSELİANİ David Georgiyeviç – professor, İntervensiya Kardioangeologiya Elm-İstehsalat Mərkəzinin direktoru

İSGƏNDƏROV Əhməd Əhmədoviç – REA-nın müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru, Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvü

KARAXANOV Tiqran Aleksandroviç – Moskva vilayəti hökumətinin xarici iqtisadi əlaqələr naziri

KAFAROV Viktor Sergeyeviç – istefada olan general-polkovnik

KOVTUNOV Aleksandr Vasilyeviç – ehtiyatda olan general-polkovnik

KOJİN Vladimir İqoreviç – RF Prezidentinin İşlər idarəsinin müdiri

KOKOŞİN Andrey Afanasyeviç – RF Federal Məclisi Dövlət dumasının MDB İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri

KOMOQOROV Viktor İvanoviç- RF Federal Təhlükəsizlik Xidməti direktorunun müavini, general-polkovnik

KOÇETOV Konstantin Alekseyeviç – istefada olan ordu generalı

LEBEDEV Sergey Nikolayeviç – RF Xarici Kəşfiyyat Xidmətinin direktoru, general-polkovnik

LOŞŞİNİN Valeri Vasilyeviç – stats-sekretar, RF xarici işlər nazirinin birinci müavini

MAQOMAYEV Müslüm Məhəmməd oğlu – Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti

MAKAROV Viktor İqoreviç – “İtera Holdinq” məhdud məsuliyyətli cəmiyyətinin prezidenti

MALİNOVSKİ Aleksandr Nikolayeviç – RF Təhlükəsizlik Şurasının Katibi katibliyinin müdiri, general-mayor

MƏMMƏDOV Məmməd İsmayıloviç – istefada olan general-leytenant

MARKELOV Konstantin Alekseyeviç – RF Federal Məclisi Federasiya Şurasının MDB İşləri Komitəsi sədrinin birinci müavini, RF Federal Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının həmsədri

MİRZƏYEV Həsən Borisoviç – RF Federal Məclisi Dövlət dumasının Dövlət quruculuğu komitəsi sədrinin müavini

MOİSEYEV Nikolay Andreyeviç – ehtiyatda olan general-polkovnik

NEVEROV Vladimir Lavrentyeviç – RF Silahlı Qüvvələri Baş Qərargah Hərbi Akademiyasının fakültə rəisi, general-leytenant

OVERÇUK Aleksey Mefodiyeviç – istefada olan general-leytenant

OÇİROV Valeri Nikolayeviç – general-leytenant, Sovet İttifaqı Qəhrəmanı

PANÇENKO Yevgeni İvanoviç – general-leytenant

POPOV Vasili Fyodoroviç – istefada olan general-polkovnik

POPOV Nikolay Qleboviç – Moskva şəhər hökumətinin Təhlükəsizliyi təminetmə orqanları ilə iş idarəsi rəisinin müavini, general-leytenant

POPOV Nikolay İvanoviç – ehtiyatda olan ordu generalı

PRİMAKOV Yevgeni Maksimoviç – RF Federal Məclisi Dövlət dumasının deputatı, RF Ticarət-Sənaye Palatasının prezidenti

PRONOV Viktov İvanoviç – RF Müdafiə Nazirliyi Kosmik Raket Müdafiəsi Ordusunun qərargah rəisi, general-mayor

PRUDNİKOV Viktor Alekseyeviç –ehtiyatda olan ordu generalı

RAXMANİNOV Yuri Pavloviç – xüsusi tikinti trestinin rəisi, Sosialist Əməyi Qəhrəmanı

RODİONOV İqor Nikolayeviç – RF Federal Məclisi Dövlət dumasının deputatı, ordu generalı

RUŞAYLO Vladimir Borisoviç – RF Təhlükəsilik Şurasının katibi, ordu generalı

SADOVNİÇİ Viktor Antonoviç – M.V.Lomonosov adına MDU-nun rektoru, REA-nın akademiki

SALMANOV Fərman Qurban oğlu – Ümumrusiya Azərbaycan Konqresinin vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, REA-nın müxbir üzvü

SAMSONOV Viktor Nikolayeviç – ehtiyatda olan ordu generalı

SAFONOV Vladislav Nikolayeviç – general-mayor

SELTSOVSKİ Andrey Petroviç – Moskva şəhər hökuməti Səhiyyə komitəsinin sədri

SEROV Valeri Mixayloviç – “İtera Holdinq” məhdud məsuliyyətli cəmiyyətinin vitse-prezidenti

SİNAYSKİ Aleksandr Sergeyeviç – MDB Ölkələri Müdafiə Nazirləri Şurasının katibi, general-leytenant

SİNYAVSKAYA Tamara İlyiniçna – SSRİ xalq artisti

SOSKOVETS Oleq Nikolayeviç – Maliyyə-Sənaye Qrupları Assosiasiyasının prezidenti

TORKUNOV Anatoli Vasilyeviç – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, professor

TRUBNİKOV Vyaçeslav İvanoviç – RF xarici işlər nazirinin birinci müavini, ordu generalı

FOKİN Yuri Yevgenyeviç – RF XİN-in Diplomatiya Akademiyasının rektoru, professor

ŞVETSOVA Lyudmila İvanovna – Moskva şəhər hökuməti baş nazirinin birinci müavini

ŞVIDKOY Mixail Yefimoviç – RF mədəniyyət naziri

ŞİŞKİN Vladimir Nikolayeviç – RF XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əcnəbi tələbələrlə iş üzrə dekanı

YAKOVLEV Vladimir Nikolayeviç – MDB-nin üzvü olan dövlətlərin hərbi əməkdaşlığını əlaqələndirmə qərargahının rəisi, ordu generalı

YAROV Yuri Fyodoroviç – MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi

RİZAYEV Ramiz Həsən oğlu – Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri

Moskva, 10 may 2003-cü il 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin