İDMAN
Rövşən Bayramov “Rio-2016”da bürünc medal uğrunda görüşdə məğlub olub [YENİLƏNİB]
Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov bürünc medal uğrunda görüşdə 2014-cü il dünya çempionatının mükafatçısı norveçli Stiq-Andre Berqeyə məğlub olub. İdmançımız “Rio-2016”nı beşinci yerdə yekunlaşdırıb.
19:26
Rövşən Bayramov yarımfinalda yaponiyalı rəqibi Şinobu Ota ilə görüşdən məğlub ayrılıb. R.Bayramov bürünc medal uğurunda mübarizə aparacaq.
18:58
Rövşən Bayramovun yarımfinaldakı rəqibi Şinobu Ota (Yaponiya) olacaq.
18:44
Güləşçimiz Rövşən Bayramov ikinci görüşündən də qələbə ilə ayrılıb. Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
18:17
Güləşçimiz Rövşən Bayramovun 1/4 final mərhələsindəki rəqibi məlum olub. Rövşən Bayramov bu mərhələdə Xese David Telke (ABŞ) ilə qarşılaşacaq.
17:35
Bakı, 14 avqust, AZƏRTAC
“Rio-2016“ Olimpiya Oyunlarında doqquzuncu günündə - avqustun 14-də Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.
AZƏRTAC xəbər verir ki, turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb. R.Bayramov rəqibini məğlub edərək dörddəbir final mərhələsinə adlayıb.