İQTİSADİYYAT


9 AYDA AZƏRBAYCANIN XARİCİ TİCARƏT DÖVRİYYƏSİNİN HƏCMİ 3367,9 MİLYON DOLLAR TƏŞKİL ETMİŞDİR

Azərbaycanın hüquqi və fiziki şəxslərinin 116 ölkə ilə həyata keçirdiyi xarici ticarət dövriyyəsinin ümumi həcmi cari ilin 9 ayı ərzində 3367,9 milyon dollar təşkil etmişdir. Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ixracın payına 1587,6 milyon dollar, idxalın payına isə 1780,3 milyon dollar düşmüşdür. Xarici ticarət dövriyyəsi 2002-ci ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artmışdır.

İxrac-idxal əməliyyatlarının 45 faizi Avropa Birliyi, 23,2 faizi MDB ölkələri, 31,3 faizi isə digər dövlətlərlə həyata keçirilmişdir. Bu əməliyyatların 80 faizdən çoxu İtaliya, Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, Türkmənistan, İsrail, Almaniya, Fransa, Ukrayna, Qazaxıstan, Yaponiya, Malayziya və Gürcüstanın payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.