ELM VƏ TƏHSİL


9 illik təhsil bazasında Sumqayıt Musiqi Kollecinin boş qalan yerlərinə bir ixtisas üzrə qəbul aparılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

2021-2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinə ən yüksək keçid balı dövlət sifarişi əsasında xüsusi qabiliyyət tələb edən instrumental ifaçılıq (fortepiano, skripka, violonçel, ksilofon, fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, tuba, tar, kamança, qanun, saz, balaban, qarmon, nağara) ixtisasına 96.7 bal olub.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə ödənişli əsaslarla xüsusi qabiliyyət tələb edən instrumental ifaçılıq (fortepiano, skripka, violonçel, ksilofon, fleyta, qoboy, klarnet, valtorna, truba, trombon, tuba, tar, kamança, qanun, saz, balaban, qarmon, nağara) ixtisasına 50 bal olub.

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasında Azərbaycan Milli Konservatoriyası nəzdində Sumqayıt Musiqi Kollecinin boş qalan yerlərinə dövlət sifarişi və ödənişli əsaslarla xüsusi qabiliyyət tələb edən 1 ixtisas üzrə qəbul aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.