DÜNYA


A321 təyyarəsinin məcburi enişi zamanı zərər çəkənlərin sayı 74-ə çatıb

Bakı, 15 avqust, AZƏRTAC

“Ural Hava Yolları”na məxsus A321 təyyarəsinin Moskva ətrafında sərt enişi nəticəsində zərər çəkənlərin sayı 74 nəfərə çatıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

Göyərtəsində 226 sərnişin və 7 heyət üzvü olan A321 Moskva-Simferopol reysini yerinə yetirirdi. Təyyarə havaya qalxan anda qağayı sürüsü ilə toqquşub. Quşların mühərriklərə düşməsi onların işində nasazlıq yaradıb. Pilotlar Ramensk rayonunun Rıbınsk kəndi yaxınlığındakı qarğıdalı tarlasına təcili eniş etmək qərarına gəliblər. Təyyarə yığılmış şassilər və sönmüş mühərriklərlə uğurlu eniş edib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb və təhqiqat aparmaq üçün xüsusi komissiya yaradılıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, yaxın vaxtlarda laynerin pilotları dövlət mükafatlarına təqdim olunacaq. Kremldə onları qəhrəman hesab edirlər.

“Ural Hava Yolları” şirkətindən verilən məlumata görə, təyyarə istifadəyə yararsız vəziyyətə düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.